İmam Əli məscidi (Şəki) — Vikipediya

Bu məqalə Şəkidə yerləşən məscid haqqındadır. Digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın.
İmam Əli məscidi
Xəritə
41°12′05″ şm. e. 47°11′38″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Şəki
Yerləşir F.x.Xoyski küçəsi
Aidiyyatı Qafqaz Müsəlmanları İdarəsi
Tikilmə tarixi 1775
Üslubu islam memarlığı
Uzunluğu 26 m
Eni 13 m
Sahəsi 660 m2
Minarələri 1 ədəd: 22 m
Vəziyyəti Yaxşı
Rəsmi sayt
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Əli məscidi — XVIII əsrdə tikilmiş tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.

2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən İmam Əli məscidi də Ümumdünya İrsinə daxildir.

Haqqında[redaktə | mənbəni redaktə et]

İmam Əli məscidi və minarəsi

Məscid Şəki şəhərinin Gəncəli məhəlləsində tikilib. Tarixi dəqiq məlum deyil. Lakin yerli sakinlərin dediklərinə görə, məscid Nadir şahın hücumundan əvvəl də mövcud olmuşdur. Məscidin ibadət zalının sahəsi 26x13 metrdir. İbadət zalı ikinci mərtəbədə yerləşir. Birinci mərtəbədə isə yardımçı otaqlar var. Həyətyanı sahəsi isə 660 kv.metrdir.[1]

Formaca dördbucaqlı olan bu məscid bişmiş kərpic və mədən daşı ilə hörülmüşdür. Divarların qalınlığı 75 sm-dir. Damın örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir.[1]

Həzrət Əli məscidi ilkin vəziyyətini qoruyub saxlamışdır. Lakin minarəsi repressiya illərində dağıdılmışdır. 1997-ci ildə məscidin minarəsi və mehrabı yenidən tikilmişdir. Hazırkı minarənin hündürlüyü 22 metrdir. Minarə dəyirmi formada olub, bişmiş kərpiclə işlənmişdir.[1]

Sovetlər dövründə məsciddən məktəb, idman zalı kimi islifadə edilmişdir. 1994-cü ildə fəaliyyəti bərpa olunmuşdur.[1]

Həzrət Əli məscidi 1994-cü ildən etibarən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi tərəfindən bərpa edilib. Bərpa zamanı məscidin ibadət zalı, eləcə də minarəsi yenidən tikilmişdir.[1]

Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır. Onlardan biri Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahul-Hərəmeyn" kitabını yazmışdır. Onun qəbri məscidin ön tərəfindədir.[1]

3 noyabr 2021-ci ildə məscid ölkə əhəmiyyətli abidələrin siyahısına daxil edilib.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 "İmam Əli məscidi" (az.)). gomap.az. 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  2. "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 noyabr 2021-ci il tarixli, 338 nömrəli qərar". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  3. "Şəkidəki İmam Əli məscidi ölkə əhəmiyyətli abidələrin siyahısına daxil edilib". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]