Cümə məscidi (Qəbələ) — Vikipediya

Cümə məscidi
Xəritə
40°58′53″ şm. e. 47°50′45″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Status Ölkə əhəmiyyətli tarixi abidə
Şəhər Qəbələ
Yerləşir AZ5200 Qəbələ şəhəri, Nizami küç., 1
Memar Salam
Tikilmə tarixi 1899-1906
Günbəzləri 18
Vəziyyəti Restavrasiya olunub (2005)
İstinad nöm.4583
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Cümə məscidiAzərbaycanın Qəbələ rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi[1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Cümə məscidi 1898-ci ildə yerli əhalinin köməyi və şəkili usta Salamın rəhbərliyi ilə inşa olunan məscidin tikintisində çay daşlarından, dözümlülüyü ilə seçilən meşə materiallarından istifadə edilmişdir. Məscidin daxilindəki ağac materialını və binanın üst örtüyünü məşhur mesenat Hacı Zeynalabdin Tağıyev göndərmişdir. Bişmiş kərpicin, qapıların, pəncərələrin hazırlanması üçün lazım vəsaitin əldə olunmasına Qəbələnin xeyriyyəçi insanlarından olan Hacı Məhəmməd kömək göstərmişdir. Həmçinin Zaqafqaziya Ruhanilər İdarəsinin də məscidin tikintisinə müəyyən köməyi olmuşdur. Məscid 1906-cı ildə əhalinin istifadəsinə verilmişdir.

Sovet hakimiyyəti dövründə Qəbələ şəhər Cümə məscidi yığıncaq və iclas salonuna, məhkəmə iclaslarının keçirildiyi məkana və kluba çevrilmişdir. Məscidin bütün əmlakı müsadirə edilmiş, binada olan dini ədəbiyyat yandırılmışdır. Hətta məsciddə olan ərəb əlifbası ilə yazılmış bütün elmi kitablar və tariximizdən xəbər verən elmi külliyyatlar da kortəbii şəkildə məhv edilmişdir. Sovet hökumətinin süqutundan az əvvəl məscidin binasında Tarix Diyarşünaslıq muzeyi yaradılmışdır. 2004-cü ildə məscidin binası boşaldılmış, həmin il əsaslı təmir edilmiş və 2005-ci ildə məscid uzun illər sonra təkrar ibadət ocağı kimi dindarların istifadəsinə verilmişdir.

Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "e-qanun.az". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]