Hacı Səfəralı məscidi — Vikipediya

Hacı Səfəralı məscidi
Ölkə  Azərbaycan
Yerləşir Abşeron rayonunun Novxanı qəsəbəsi
Tikilmə tarixi 1865
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.4008
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Hacı Səfəralı" məscidiAzərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır.

Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir.

Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir. Məscidin ərazisi abadlaşdırılmış, dindarlara lazım olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunmuş, yenidənqurma işləri 2007-ci ildə başa çatdırılmışdır. Səfəralı məscid kompleksi memarlıq baxımından Abşeronda ən yaraşıqlı dini ocaqlardan biridir. Məsciddə fəaliyyət göstərən dini icma dövlət qeydiyyatından keçmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Hacı Səfəralı" məscidi scwra.gov.az saytı". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.