Ambaras məscidi — Vikipediya

Ambaras məscidi
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Aidiyyatı Ordubad Dövlət Tarix-Memarlıq Qoruğu
Vəziyyəti qəzalı
Ambaras məscidi (Azərbaycan)
Ambaras məscidi

Ambaras məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir.

Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur.

Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh. 22-23