Fransa respublikaçı təqvimi — Vikipediya
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi | |||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi | ||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Fransa respublikaçı təqvimi və ya İnqilab təqvimi — Böyük Fransa inqilabından sonra 5 oktyabr 1793-cü ildə Milli Konvent tərəfindən verilmiş dekretlə Fransada tətbiq olunmağa başlanılmış təqvim. Fransa respublikaçı təqvimi 1 yanvar 1806-cı ildə Napoleon Bonapart tərəfindən ləğv edilmişdir. Təqvim Jilber Rommun rəhbərliyi altında hazırlanmışdır. Məqsəd dini xristian təqvimi yerinə ateist və materialist təqvim yaratmaq olmuşdur.
Təqvimdə Fransa inqilabının birinci ili — 1792-ci il era başlanğıcı elan edilir. Beləliklədə xristianlıqla başlanan era isə ləğv edilmiş olunur. 1792-ci ilin 22 sentyabrından başlayaraq illər hesablanmağa başlanmış olur. İl hər biri 30 gündən ibarət 12 aya bölünür. Qalıq qalmış 5 ya 6 gün isə sankulotid adlandırılmışdır. Hər bir gün isə təbiət hadisələrinə müvafiq xüsusi adlarla adlandırılmışdır. Ayları isə fransız, yunan və latın söz köklərinin konstruksiyalarından yaranmış adlarla (məsələn: "früktidor" — "bar verən" = lat. fructus — "meyvə, bar" + yun. δῶρον — "vergi") adlandırılmışdır.
Aylar
[redaktə | mənbəni redaktə et]Payız
[redaktə | mənbəni redaktə et]Vandemyer (22 sentyabr — 21 oktyabr) üzüm yığımı ayı | Brümer (22 oktyabr — 20 noyabr) duman ayı | Frimer (21 noyabr — 20 dekabr) şaxta ayı |
---|---|---|
|
|
|
Qış
[redaktə | mənbəni redaktə et]Nivoz (21 dekabr — 19 yanvar) qar ayı | Pluvioz (20 yanvar — 18 fevral) yağış ayı | Vantoz (19 fevral — 20 mart) külək ayı |
---|---|---|
|
|
|
Yaz
[redaktə | mənbəni redaktə et]Jerminal (21 mart — 19 aprel) cücərmə ayı | Floreal (20 aprel — 19 may) çiçəklənmə ayı | Prerial (20 may — 18 iyun) zəmi ayı |
---|---|---|
|
|
|
Yay
[redaktə | mənbəni redaktə et]Messidor (19 iyun — 18 iyul) yığım ayı | Termidor (19 iyul — 17 avqust) istilər ayı | Fruktidor (18 avqust — 16 sentyabr) məhsul ayı |
---|---|---|
|
|
|
Dekada günləri
[redaktə | mənbəni redaktə et]- primidi (fr. Primidi) — I dekada
- duodi (fr. Duodi) — II dekada
- tridi (fr. Tridi) — III dekada
- kvartidi (fr. Quartidi) — IV dekada
- kvintidi (fr. Quintidi) — V dekada
- sekstidi (fr. Sextidi) — VI dekada
- septidi (fr. Septidi) — VII dekada
- oktidi (fr. Octidi) — VIII dekada
- nonidi (fr. Nonidi) — IX dekada
- dekadi (fr. Decadi) — X dekada
Vətəndaşlara dekadanın hansı günlərini istirahət etməklərini özlərinin seçməsi təklif olunur. Dövlət məmurları isə dekadanın yalnız bir günü istirahət kimi istifadə edə bilərlər.
Sankulotidlər
[redaktə | mənbəni redaktə et]- Xeyirhaqlıq Günü/Xeyirhaqlıq (fr. La Fête de la Vertu) — 17 sentyabr
- Qabiliyyət Günü/Qabiliyyət (fr. La Fête du Génie) — 18 sentyabr
- Əmək Günü/Əmək (fr. La Fête du Travail) — 19 sentyabr
- Rəylər Günü/Rəylər (fr. La Fête de l'Opinion) — 20 sentyabr
- Mükafat Günü/Mükafat (fr. La Fête des Récompenses) — 21 sentyabr
- İnqilab Günü/İnqilab (fr. La Fête de la Révolution)
"Sankulotidlər" (fr. sans-culottides) Sankulotlar sözündən götürülmüşdür.
Yeni zaman vahidləri
[redaktə | mənbəni redaktə et]Uzunluq, həcm, çəki vahidləri kimi zaman üçün də onluq sistemi yaradılmışdır. Belə ki, 1 dekada 10 günə bir gün 10 saata, hər bir saat 100 dəqiqəyə, hər bir dəqiqə isə 100 saniyəyə bölünmüş olur.
24 noyabr 1793cü il (4 Frimer II) dektetindən:
fr. XI. Le jour, de minuit à minuit, est divisé en dix parties ou heures, chaque partie en dix autres, ainsi de suite jusqu’à la plus petite portion commensurable de la durée. La centième partie de l'heure est appelée minute décimale; la centième partie de la minute est appelée seconde décimale.
Tərcümə:
XI Gün, günortadan gecəyarısınadək 10 hissəyə və ya saata bölünəcək, hər bir hissə isə daha kiçik ölçü vahidlərinə bölünəcək. Saatın yüzdə biri desidəqiqə adlanmalıdır; dəqiqənin yüzdə biri isə desisaniyə adlanmalıdır.
Bundan belə gecəyarısı 12 saat əvəzinə saat 10 və günorta isə saat 5 hesab olunur.
onluqlu vahidlər | standart vahidlə müqayisə |
---|---|
Dekada (fr. décade) = 10 gün | 10 gün |
Gün (fr. jour) = 10 saat | gün |
Saat (fr. heure) = 100 dəqiqə | 2 saat 24 dəqiqə |
Dəqiqə (fr. minute) = 100 saniyə | 1 dəqiqə 26,4 saniyə |
Saniyə (fr. seconde) | 0,864 saniyə |