Qarapaça — Vikipediya

Qarapaça
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qarapaça
Beynəlxalq elmi adı

Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü.

  • Status. Sayı azdır. Növün arealı kiçilmişdir.
  • Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir.

Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.

  • Sayı. Ümumi sayı 600-800 fərd təşkil edir.
  • Çoxalması. Qarapaçalar 3 yaşında cinsi yetişkənliyə çatırlar. Cütləşmə noyabrın ortalarından dekabrın əvvəllərinə qədər davam edir. Erkəklər öz ətrafına 3-7 dişi toplayır. Boğazlıq dövrü altı aya qədərdir. Aprelin axırlarından mayın sonuna qədər 1, bəzən 2 bala verirlər.
  • Rəqibi, düşməni, xəstəliyi. Əsas qida rəqibləri – ev heyvanları və vəhşi dırnaqlı heyvanlardır, düşməni – vaşaq, canavar və ayıdır.
  • Sayının dəyişilmə səbəbləri. Azərbaycanda qarapaçanın sayının dəyişilməsinin əsas səbəbi bilavasitə insanlar tərəfindən ovlanması və onların yaşayış yerinin yay otlaqlarına çevrilməsidir.
  • Qorunması üçün zəruri tədbirlər. Növün yayıldığı əraziləri qoruq elan etmək. Bilavasitə təkcə heyvanları deyil, həm də yaşayış yerlərini mühafizə etmək, biotexniki tədbirlər keçirmək, qanunsuz ova qarşı mübarizəni gücləndirmək.

Növləri[redaktə | mənbəni redaktə et]

  • Rupicapra rupicapra:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0