Reyhan — Vikipediya

Reyhan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır.

Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir.

Bitkinin yarpaqzoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır.

Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır.

Növləri[redaktə | mənbəni redaktə et]

Dində[redaktə | mənbəni redaktə et]

"Quran"da reyhan haqqında belə bir ifadə var:

"Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır."[3]

Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.

Saçaqlı dənli və xoş ətirli bitkilər var. (ər-Rahman, 12)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Reyhan:The Plant List saytında takson barədə məlumat. (ing.)