Qaraçöhrə — Vikipediya

Qaraçöhrə
Taxus baccata MHNT.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qaraçöhrə (lat. Taxus)[3]qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.[4] Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8–2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun,kənarları az qatlanmış formadadır.[5]

Çiçək[redaktə | mənbəni redaktə et]

Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir.Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur.

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

Mart

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Mart-Aprel Azərbaycanda yayılması: BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər (d.s.y.1900 m).

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Qaranlıq meşələrdə qarışıq formada rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Dekorativ bitkidir.Yarpaqlarından xalq təbabətində dərman kimi istifadə edilir. Oduncağı bir çox məmulatların(xarrat, çilingər, mebel və s.) hazırlanması üçün yüksək qiymətləndirilir.

Növləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın dərman bitkiləri[redaktə | mənbəni redaktə et]

Digər növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. səh. 462. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 2. səh. 1040.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016