Pətək — Vikipediya

Pətək

Pətək – xırda gözcüklərdən ibarət taxtadan hazırlanmış arı ailəsi üçün yaşayış yeri, arı yuvası.

Pətək arıların yaşayış yeri olduğuna görə onlar yuvanı yağışdan, qardan qoruyur və yuvada hava şəraiti üçün yararlı olmalıdır. Pətək kifayət qədər geniş düzəlməlidir ki, onu yazda və payızda havalar soyuq olduqda qısaltmaq və havalar istiləşdikcə, ailənin inkişafı və bal yığımının başlanması ilə əlaqədar genişləndirmək mümkün olsun.

pətək tipiləri[redaktə | mənbəni redaktə et]

Arılar üçün müasir pətəklər iki əsas tələbə cavab verməlidir: birincisi-arılar üçün yaxşı yaşayış yeri və ikincisi-arılara işləyən zaman rahat olmalıdır.

Ölkəmizdə aşağıdakı pətək tipləri vardır:

Bir və ikigövdəli 12 çərçivəli pətəklər
Çoxgövdəli (4 gövdəli) 10 çərçivəli pətək
24 çərçivəli yataq pətəklər
Yarımgövdəli pətəklər

Çoxgövdəli pətəklərdə bütün çərçivələrin ölçüsü 435x230 mm-dir. Qalan 4 tip pətəklərdə yuva çərçivəsinin ölçüsü 435x300 mm, yarımgövdəli pətəklərdə isə çərçivələrin ölçüsü 435x145 mm olur. Bu və ya başqa pətək növündən istifadə etdikdə yerli iqlim və baltoplama şəraiti nəzərə alınmalıdır.

Köçəri arıçılıq rayonları yüngül və daşımaq üçün əlverişli olan çoxgövdəli pətəklərdən, qışı sərt keçən rayonlar isə yaxşı isti pətəklərdən istifadə edilməlidir.

Pətəklərin rəngi[redaktə | mənbəni redaktə et]

Pətəyi hər hansı bir rəngdə boyamaq olar. Lakin arıların müəyyən rəngli görmə xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bəzi rəngləri arılar başqa rənglərə nisbətən daha yaxşı sevirlər. Bunlara ağ, mavi, narıncı və sarı rənglər aiddir. Qalan rəngləri isə yalnız boz rəngin çalarları kimi görürlər. Arıların və xüsusən cavan ananın azmaması üçün bir-birinə yaxın olan pətəklər müxtəlif rənglərdə olmalıdır.

Bal pətəyi[redaktə | mənbəni redaktə et]

Bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar.

Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu ortalama dəyərdən azma isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında riayət olunan həndəsə qaydalarının nə dərəcə ideal olduğunu anlaya bilmək üçün riyazi bir baxışa malik olmaq lazımdır.

Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm2 olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.

Halbuki bu məsələni ən qısa kənar uzunluğu və ən az material ilə (mum) həll etmək üçün həndəsə prinsiplərinə müraciət etdikdə, pətəklərin bölünməsində çoxbucaqlıların istifadə edilməsinin lazım olduğu məlum olacaqdır. Bucaq sayısı n olan eyni sahəyə malik çoxbucaqlılar fərz edək. Bunların içərisində ən qısa çevrə uzunluğuna sahib olanı düz n-bucaqlıdır. Düz dedikdə, bütün xarici və daxili bucaqları bərabər olan çoxbucaqlı nəzərdə tutulur. Belə bir çoxbucaqlı, hər zaman bir dairənin içinə çəkilə bilər və çoxbucaqlının kənarları çevrənin sahəsinin üstündədir. Belə bir quruluş ideal dairə formasına yaxın olduğu üçün çevrə uzunluğu ən az olmaqdadır. Məsələn, bərabər sahəli üçbucaqlılar arasında ən qısa çevrə uzunluğu bərabər üçbucaqlıda, dördbucaqlılar arasında ən qısa çevrə uzunluğu isə kvadratdadır. Bunun kimi beşbucaqlı və altıbucaqlılar arasında müqayisə aparılsa, ən qısa çevrə uzunluğu düz beşbucaqlı və altıbucaqlıda əldə olunur.

Balın təmiz olub-olmamasını bilmək üçün arıçılardan eşitdiyim bir sirri də açıqlayaq. Belə ki, təmiz balı qaşıqda götürüb üzüaşağı süzün. Əgər bal süzülərək qırılmazsa, deməli təmizdir. Bundan başqa, 1 qaşıq balı xoruzquyruğu çayın içinə atıb qarışdırın, əgər, çayın rəngi dəyişib açıq rəng alarsa, deməli, təmiz bal almısınız. Birini də deyək: Təmiz balı şəkər xəstəliyi olan adam yeyərsə, heç bir təsiri olmaz, amma təmiz olmayanını yeyərsə, o dəqiqə təsirini göstərər.