Yuli təqvimi — Vikipediya

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Yuli təqvimi[1], Yulian təqvimi[2] — köhnə üslub tarixin hesablanma sistemi, ilk Günəş təqvimi. Yuli Sezarın göstərişi ilə başda Sozigen olmaqla bir qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilmiş və e.ə. 45-ci ildən Roma imperiyasının əsas təqvimi olmuşdur.

İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29 gündən ibarət olur.

Bu tropik ildən 0,0078 gün uzundur. Təqvim 1582-ci ildə Qriqorian təqvimi ilə əvəz edilmişdir.

Visokos sistemini nəzərə almaqla eyni vaxt sistemində sonra baş vermiş hadisə tarixindən əvvəlki hadisənin baş vermə tarixini çıxmaqla bu hadisələr arasında keçən vaxtı hesablamaq olar. Lakin uzun vaxt fasilələrini hesabladıqda bu bəzi çətinliklərə gətirə bilər. Ona görə XI əsrdə Skaligerin təklifi ilə bizim eradan əvvəl 4713-cü ilin yanvarın 1-dən günlərin ardıcıl hesabı aparılır. Skaliger atasının şərəfinə bu günləri Yuli günləri adlandırmışdır. Yuli günlərinin başlanğıcı Qrinviç meridianının günortası qəbul olunmuşdur.

Skaliger Yuli günlərinin hesablanma başlanğıcının üç kiçik dövrün hasilindən alınan 7980 illik böyük dövrün başlanğıcı kimi seçmişdir. Bu dövrlər aşağıdakılardır:

  1. 28 illik dövr (28 illik dövrlə yeddi günlük həftənin günləri təqvim ilinin eyni gününə düşür),
  2. 19 illik dövr (Meton dövrü, hər 19 ildən bir Ayın fazaları təqvim ilinin eyni gününə düşür),
  3. 15 illik dövr (Qədim Romada vergi sistemində istifadə olunurdu).

Doğrudan da

28•19•15=7980

olar.

Skaliger hesablamışdır ki, bu dövrlərin başlanğıcı yeni eradan əvvəl 4713-cü il yanvarın 1-nə uyğun gəlir.[3]

  1. "President.az saytı. Bayramlar". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  2. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuş "Əlamətdar və tarixi günlər təqvimi — 2011" Arxivləşdirilib 2022-03-09 at the Wayback Machine, Bakı, 2010 (az.)
  3. C. M. Quluzadə "Klassik Astronomiya" Bakı Universiteti Nəşriyyatı, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]