Şüvərən — Vikipediya

Şüvərən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir.

Tibbdə istifadəsi[redaktə | mənbəni redaktə et]

Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur:

  • dərman şüvərəni – Sisymbrium officinale,
  • qınabənzər şüvərən – Sisymbrium rucinatum
  • lezeliya şüvərəni – Sisymbrium loeselii.

Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir. Toxumlarında tioqlikozidlər müəyyən edilmişdir ki, bunlar da selikli qişaya qıcıqlandırıcı təsir göstərir. Bundan başqa toxumlarında 26–30% yarımquruyan xassəli piyli yağ da vardır.

Lizeliya və qınabənzər şüvərənin toxumları farmakoloji tədqiqatdan keçirilmiş və onların təsirinin müvafiqliyi müəyən edilmişdir. Hər iki şüvərənin toxumlarından hazırlanan preparatların yüngül işlətmə təsiri göstərdiyi bir daha sübut edilmişdir. Xalq təbabətində qınabənzər şüvərənin toxumlarından çay dəmlənib qəbizlikdə işlətmə, həzm prosesini yaxşılaşdırma və qurdqovucu dərman kimi işlədilir. Naxçıvanda şüvərən toxumlarından dəmlənmiş çayı malyariya xəstəliyində içirlər. Şüvərənin yerüstü hissəsindən alınmış təzə şirə dəri yaralarında, xüsusən tropik yaraların müalicəsində işlədilir. Toxumlarından hazırlanmış təpitmə qarayaraya qarşı istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]