Ələkbər Əliyev (əsgər) — Vikipediya

Ələkbər Əliyev
Ələkbər Həsən oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İşıqlı , Qubadlı rayonu , Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Suarası , Laçın rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Rütbəsi hərbi qulluqçu
Təltifləri "Qızıl Ulduz" medalı
alakbaraliyev.com

Ələkbər Əliyev (22 dekabr 1955, Qubadlı7 avqust 1992, Suarası, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evli idi, 4 övladı yadigar qalıb.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]