Milli Dəstə — Vikipediya

Milli Dəstə
Loqonun şəkli
Fəaliyyəti Azarkeş dəstəsi
Şüar Mən həmişə səninləyəm, Azərbaycan!
Yaranma tarixi 1 mart 2016 (8 il əvvəl) (2016-03-01)
Sədr Vüsal Əhmədov
Şamil Mustafayev

Milli DəstəAzərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir.[1][2] Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir.

Yaranması[redaktə | mənbəni redaktə et]

Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir.[3] Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır[4][5]

Simvolu[redaktə | mənbəni redaktə et]

Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir.

Loqo[redaktə | mənbəni redaktə et]

Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur.

Özəllikləri[redaktə | mənbəni redaktə et]

Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli Dəstə rəsmən fəaliyyətə başladı". azerisport.com (az.)). 22 iyul, 2018 tarixində arxivləşdirilib.
  2. "Milli Dəstə rəsmən fəaliyyətə başladı!". rekord.az. 22 iyul, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.
  3. "Новая фанатская группа намерена поддержать Азербайджан в Голландии". sport.day.az (rus.)). 22 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.
  4. "Futbol komandalarımızı Avropada uğura səsləyən azarkeş..." kepeztv.az (az.)). 22 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.
  5. ""Milli dəstə" futbol klublarımızı Avropa səfərlərində azarkeşsiz qoymayacaq". kepeztv.az (az.)). 22 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]