Bakı FK — Vikipediya

Bakı FK
Loqonun şəkli
Klubun tam adı Bakı Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Zolaqlılar
Rəng(lər)         
Yaranma tarixi 1997
Bağlama tarixi 2016
Stadionu Bakı Futbol Klubunun təlim-məşq Bazasının Stadionu
Tutumu 3000
Prezidenti AzərbaycanHafiz Məmmədov
Liqa Həvəskarlar liqası
2015/16 14
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BakıAzərbaycanın futbol klubudur. Komanda ev oyunlarını Bakı Futbol Klubu Stadionunda oynayır. Arena 3000 azarkeş tutumuna malikdir. Hal-hazırda İsgəndər Cavadov adına "Bakı" Futbol Akademiyası adı ilə Region Liqasında çıxış edir.

Yaranışı[redaktə | mənbəni redaktə et]

Klub 1997-ci ildə "Polis Akademiyası" və "Qartal-95" klublarının birləşməsindən yaranıb.1997-ci ildə "Polis Akademiyası", 1997–2000-ci illərdə "Dinamo" adlandırılıb. 2000–2001-ci illərdə "Bakılı" Futbol Klubu ilə birləşib və "Dinamo-Bakılı" adlandırılıb. 2004-cü ildən etibarən klubu "BAGHLAN GROUP" şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək "Bakı" adlandırılıb.

Bakı Azərbaycan çempionatlarında[redaktə | mənbəni redaktə et]

Bakı klubu 2009-cu ildə
  • 1997/1998 mövsümündə Azərbaycan çempionatının ikincisi olmuşdur.
  • 2004/2005 mövsümündə Azərbaycan kubokunun sahibi olmuşdur.
  • 2005/2006 mövsümündə Azərbaycan Çempionu olmuşdur.
  • 2006/2007 mövsümündə Azərbaycan Çempionatının üçüncüsü olmuşdur.
  • 2008/2009 mövsümündə Azərbaycan Çempionu olmuşdur.

"Böyük "Bakı" — 2012"[redaktə | mənbəni redaktə et]

2004-cü ildə "BAGHLAN GROUP" şirkətlər qrupu klubu himayəsinə götürüb. Bundan sonra "Bakı" klubu iki dəfə Azərbaycan Çempionu, Azərbaycan Çempionatının gümüş və bürünc mükafatçısı, Azərbaycan Kubokunun sahibi kimi titullar qazanmağı bacarıb, ölkənin ən iddialı klublarından birinə çevrilib. Klub prezidenti Hafiz Məmmədov Türkiyə Respublikasından bir neçə futbol mütəxəssisini 2008-ci ilin iyun ayında Bakıya dəvət edib. İşçi qrupunun "Bakı" futbol klubunda ilk işi klubun rəsmi saytı və jurnalının yenilənməsi olub. Tezliklə prezidentin şəxsi nəzarəti ilə "Böyük "Bakı"- 2012" layihəsi hazırlanaraq təsdiqlənib. Layihənin ilk bəhrələrini isə 2010-cu ildən etibarən görüləcəyinə söz verən qrup aşağı yaş qruplarında 8 komanda formalaşdırdı. Layihənin tərkib hissələrindən biri isə klubun baza və stadionunun inşası məsələsidir. Belə ki, 2012-ci ilə kimi "Bakı" yeniyetmə və gənclərdən təşkil olunmuş komandalarının məşq etməsi üçün standartlara uyğun baza və stadion inşa etdirəcək. Artiq bu istiqamətdə vacib addımlar atılıb. Konkret olaraq Elman Ələkbərovun rəhbəri olduğu "VİP — Sort" şirkəti ilə bağlanan müqaviləyə əsasən komandanın məşq etməsi üçün standart meydança Delfin Hotelin arxasındakı ərazidə istifadəyə verilib.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Birlik Kuboku:
    • 1/4 finalçı2007
  • Azərbaycan çempionatı:
    • Qızıl medal (2) — 2005/2006, 2008/2009
    • Gümüş medal (2) — 1997/1998, 2009/2010
    • Bürünc medal (1) — 2006/2007
  • Azərbaycan Kuboku:
    • Qalib (3) — 2004/2005, 2009/2010, 2011/2012

Tarixi[redaktə | mənbəni redaktə et]

UEFA ÇL, "Ekranas"la oyundan sonra
  • 2004/2005-ci il futbol mövsümü Azərbaycan kubokunun sahibi;
  • 2005/2006-cı il futbol mövsümü UEFA Kubokunun I təsnifat mərhələsinin ilk oyununda Slovakiyanın "Jilina" komandası ilə Bakıdakı ilk matçda 1:0 qalib gəldik, cavab qarşılaşmasında isə 3:1 məğlub olaraq yarışda mübarizəni dayandırdıq.
  • 2005/2006 futbol mövsümü Azərbaycan Çempionu;
  • 2006/2007-ci il futbol mövsümü Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Sioni" komandası ilə səfərdəki ilk oyunda 2:0 məğlub olduq. Cavab oyununda 1:0 qalib gəlsək də mərhələni adlayan tərəf gürcülər oldu.
  • 2006/2007 futbol mövsümü Azərbaycan Çempionatının üçüncüsü;
  • 2007/2008-ci il futbol mövsümü UEFA İntertoto Kubokunun I təsnifat mərhələsindən mübarizəyə başladıq. Rəqibimiz Moldovanın "Daçiya" komandası idi. Moldovanlarla ilk oyun doğma Tofiq Bəhramov adına stadionda idi. Bakıdadı ilk maçın sonunda heç-heçə hesabı qeydə alındı (1:1). Moldovadakı oyunda da oyunun əsas və əlavə vaxtı heç-heçə qurtadığı üçün qalib penalti zərbələri ilə müəyyənləşdirildi. Bəxti üzünə gülən rəqibimiz 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi.
  • 2008/2009-cu il futbol mövsümü Azərbaycan Premyer Liqasının qalibi;
  • 2009/2010-cu il futbol mövsümü Çempionlar liqası II mərhələsindən mübarizəyə başlayan "Bakı" püşkatmanın nəticələrinə görə Litvanın Ekranas komandası ilə oynamaq hüququ qazandı. İlk oyun Litvada 2:2, cavab qarşılaşması isə 4:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşdı. Növbəti oyun Avropada ortabab komandalardan sayılan Bolqarıstanın Levski Sofiya klubu oldu. İlk oyun Bakıda idi. 0:0 hesabı ilə bitən ilk oyundan sonra komandamız ümidini rəqib meydanında uğurlu oyuna bağlamışdı. Təəssüf ki, təcrübəli rəqib bu şansı qaçırmadı. Evdə 2:0 qalib gələn bolqarlar UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş oldu. Həmin mövsümün sonunda Bakı Azərbaycan Milli Futbol Kubokuna sahib çıxır.
  • 2011–2012 mövsümündə komanda çempionatda uğursuz oynayır və baş məşqçi Starkovu istefaya göndərir. Buna baxmayaraq, sonda Bakı Azərbaycan Milli Futbol Kubokunun finalına vəsiqə qazanır və burada Neftçi Bakı klubunu 2:0 hesabı ilə məğlub edərək 3-cü dəfə kuboka sahib çıxır. İyul ayında Bakı Avropa Liqasında qüvvəsini sınayır, lakin elə ilk mərhələdə mübarizəni dayandırır.

Komandanın heyəti[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Azərbaycan GK Elxan Əhmədov
2 Azərbaycan DF Nicat Əsgərov
4 Azərbaycan DF Ülvi Əliyev
7 Azərbaycan MF Salman Abdulxanlı
9 Azərbaycan FW Nicat Süleymanov
10 Azərbaycan FW Raul Yaqubzadə
11 Azərbaycan MF Kamil Nurəhmədov
15 Azərbaycan DF Rəsul Xalıqov
16 Azərbaycan DF Səyavuş Allahyarlı
20 Azərbaycan FW Valeh Seyidov
23 Azərbaycan GK Davud Əsgərov
35 Azərbaycan MF Habil Nurəhmədov
Nömrə Ölkə Mövqeyi Futbolçu
36 Azərbaycan MF Etibar Sayılov
41 Azərbaycan MF Müşviq İlyasov
42 Azərbaycan FW Qurban Hüseynov
43 Azərbaycan MF Ağalı Ağalıyev
44 Azərbaycan DF Tural Adıgözəlov
46 Azərbaycan DF Ramil Nuriyev
48 Azərbaycan FW Famil Camalov
56 Azərbaycan MF Qeyrət Əliyev
96 Azərbaycan GK Səbuhi Əliyev
- Azərbaycan MF Ramin Rzayev
- Azərbaycan MF Vüqar Namazəliyev

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində[redaktə | mənbəni redaktə et]

2010-cu il noyabrın 26-da açıqlanan klubların XXI əsr üçün reytinqində ilk onilliyi 318,5 xal ilə Azərbaycan klubları arasında 3-cü, dünyada isə 387-ci pillədə başa vurmuşdur[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]