Kəpəz PFK — Vikipediya

Kəpəz PFK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Dağlılar"
"Yenilməz Armada"
"Qərblilər"
"Sarı-Göylər"
Rəng(lər)         
Yaranma tarixi 1959 (65 il əvvəl) (1959)
Stadionu Gəncə şəhər stadionu
Tutumu 27,000
Prezidenti Azərbaycan Mehman Allahverdiyev
Baş məşqçisi Azərbaycan Adil Şükürov
Liqa Azərbaycan Premyer Liqası
2022-23 8
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəpəz PFK — və ya tam adı ilə Kəpəz Peşəkar Futbol Klubu. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubudur. Klubun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan "Kəpəz", 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda ən böyük azarkeş ordusuna sahib futbol klublarından biridir.

Komandanın yaranması və SSRİ dövrü[redaktə | mənbəni redaktə et]

"Kəpəz"in yaranması təxminən XX əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Beləcə Gəncədə "Toxucu" futbol klubu yarandı.

1962-ci ildə Kəpəz "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı. Kəpəzin bu uğuru onun nüfuzunu SSRİ məkanında daha da artırdı. 1965-ci ildə "Dinamo" adı altında SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanan Kəpəz, 3 il sonra isə SSRİ çempionatının 1-ci dəstəsində çempion olub güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atmışdır. Belə ki, ölkənin futbol tarixində ilk dəfə olaraq Azərbaycan SSRİ güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı. Kəpəz SSRİ 1-ci dəstəsində çempion olaraq qızıl medallar qazanan yeganə Azərbaycan klubu olmuşdur.

Komandanın müxtəlif vaxtlarda daşıdığı adlar:[1][redaktə | mənbəni redaktə et]

  • 1959-1962 "Toxucu" (Kirovabad)
  • 1962-1974 "Dinamo" (Kirovabad)
  • 1975-1981 "Tərəqqi" (Kirovabad)
  • 1982-1988 "Dinamo" (Gəncə)
  • 1989-2005 "Kəpəz" (Gəncə)
  • 2005-2011 "Gəncə"
  • 2011-h.h. "Kəpəz"

Müstəqillik dövrü[redaktə | mənbəni redaktə et]

Azərbaycanın müstəqilliyi dövründə Gəncədə futbol yeni inkişaf dövrünə qədəm qoydu. "Kəpəz" 3 dəfə qızıl medalları qazanmaqla "Qarabağ"dan və "Neftçi"dən sonra Azərbaycan çempionu adına ən çox layiq görülən klubdur. 1995, 19981999-cu illərdə qazanılan çempionluqlardan başqa, daha 1 dəfə gümüş, 2 dəfə də bürünc medal qazanmışdır.

"Kəpəz" 4 dəfə də ölkə kubokunun sahibi olub. Gəncə klubu 1997-1998 mövsümündə Azərbaycan cempionu olmaqla bərabər ölkə kubokunun da sahibi olub.

Kəpəz klubunun rekordları[redaktə | mənbəni redaktə et]

1997/1998 mövsümün Kəpəz klubunun tarxinə qızıl həriflərlə yazıldı. Belə ki, həmin mövsüm klub 28 oyun məğlub olmamışdır. Bu səbəblə 2019 ilinə qədər rekorda sahib olmuşdur. Daha sonra rekordu Qarabağ keçmişdir.[2]

Stadionu[redaktə | mənbəni redaktə et]

Gəncə Şəhər Stadionu

"Kəpəz" ev oyunlarını Gəncə Şəhər Stadionunda keçirir. Stadionun açılışı 1963-cü ildə olmuşdur. Klubun ev oyunlarını keçirdiyi bu stadion 27.000 azarkeş tutumuna malikdir. Ümumilikdə isə Gəncə Şəhər Stadionu Bakı Olimpiya Stadionu və "Tofiq Bəhramov Adına Resbublika Stadionu"ndan sonra ölkənin üçüncü ən böyük futbol stadionudur. Stadionun azarkeş tutumunun 27.000 olmasına baxmayaraq, SSRİ çempionatları dövründə və XX əsrin 90-cı illərində klubun avrokuboklardakı çıxışı zamanı 30.000 və daha artıq azarkeş saylarının qeydə alındığı xeyli sayda oyunlar olub.

Uğurları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Azərbaycan[redaktə | mənbəni redaktə et]

SSRİ SSRİ[redaktə | mənbəni redaktə et]

  • Futbol üzrə SSRİ birinci liqası:
    • Çempion (1) — 1966/1967
  • Futbol üzrə SSRİ ikinci liqası:
    • Çempion (1) — 1965
    • Gümüş mükafatçı (1) — 1986
    • Bürünc mükafatçı (1) — 1991
  • SSRi Kuboku:
    • 1/4 finalçı — 1962

Liqa və Kuboklarda[redaktə | mənbəni redaktə et]

Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Azərbaycan Kuboku
1992 1-ci 5 36 23 8 5 98 29 54 1/8 final
1993 1-ci 4 18 13 4 1 48 13 30 Birinci tur
1993–94 1-ci 3 30 20 7 3 74 25 47 Qalib
1994–95 1-ci 1 24 19 4 1 71 19 42 1/2 final
1995–96 1-ci 3 20 9 5 6 34 21 32 1/4 final
1996–97 1-ci 5 30 18 4 8 59 26 58 Qalib
1997–98 1-ci 1 26 22 4 0 67 10 70 Qalib
1998–99 1-ci 1 36 26 5 5 94 24 83 1/4 final
1999-00 1-ci 2 22 14 2 6 46 24 44 Qalib
2000–01 1-ci 8 20 8 1 11 34 29 25 1/4 final
2001–02 1-ci 5 32 14 5 13 51 50 47 1/2 final
2003–04 1-ci 11 26 6 5 15 22 45 23 1/8 final
2004–05 1-ci 9 34 11 9 14 37 37 42 1/8 final
2005–06 1-ci 10 26 7 7 12 35 46 28 1/8 final
2009–10 2-ci 1 22 4 5 3 51 15 47 1/8 final
2010–11 1-ci 9 32 8 12 12 33 37 36 1/8 final
2011–12 1-ci 10 32 9 5 18 35 55 32 1/8 final
2012–13 1-ci 12 32 5 4 23 22 64 19 1/8 final
2013–14 2-ci 13 30 7 4 19 29 37 25 İkinci tur
2014–15 2-ci 9 30 10 8 12 37 37 38 iştirak etməyib
2015–16 1-ci 1/8 final

Avrokuboklarda[redaktə | mənbəni redaktə et]

Mövsüm Turnir Mərhələ Ölkə Klub Ev Səfər Ümumi

nəticə

1995/96 UEFA Kuboku I təsnifat mərhələsi Avstriya Avstriya Austria Vyana 0:4 1:5 1:9
1997/98 UEFA Kuboklar Kuboku I təsnifat mərhələsi Latviya Latviya Dinaburq 0:1 0:1 0:2
1998/99 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Polşa Polşa LKS Lodz 1:3 1:4 2:7
1999/00 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Şimali Makedoniya Şimali Makedoniya Sloga Jugomagnat 2:1 0:1 2:2(q)
2000/01 UEFA Kuboku I təsnifat mərhələsi Türkiyə Türkiyə Antalyaspor 0:2 0:5 0:7
2016/2017 UEFA Avropa Liqası I təsnifat mərhələsi Moldova Moldova Daçiya 0:0 1:0 1:0
II təsnifat mərhələsi Avstriya Avstriya Admira Walcker 0:2 0:1 0:3

Azarkeşləri[redaktə | mənbəni redaktə et]

Komandanın azarkeşləri

"Kəpəz"in başa çatan 2015/16-cı il Azərbaycan Premyer Liqasında ortalama azarkeş göstəricisi 15.000 olmuşdur, bu isə uzun illərdən sonra ölkə çempionatında ən yüksək göstəricidir. Azarkeşlər "Kəpəz"i Gəncənin bir növ rəmzlərindən biri olaraq görməkdədirlər və doğma şəhərlərinə qarşı olan sonsuz sevgiləri Kəpəzə qarşı da öz əksini tapır. 1990-cı illərdə bütövlükdə ölkədə olan tənəzzül sözsüz ki, ikinci böyük şəhər Gəncədən də yan keçməmişdir və şəhərin ağır günlərində insanlar doğma komandalarının əfsanəvi çıxışları ilə təskinlik tapırdılar. Buna görə də, "Kəpəz" hər zaman Gəncə şəhərinin simvolu olaraq görülüb. Kəpəz ölkənin 2-ci böyük şəhəri olan Gəncəni təmsil etsə də, demək olar ki, bütün Qərb bölgəsində və Aran bölgəsində xalqın komandası statusunu daşıyır və adı çəkilən bölgələrdə minlərlə azarkeşə sahibdir. Klubun ən çılğın azarkeş qruplaşmaları kimi "Kapaz Ultras''"Xəmsə fan-klubu"nu qeyd etmək olar. Ümumilikdə isə klubun rəsmi olaraq beş fan-klubu fəaliyyət göstərir.

Gəncə[redaktə | mənbəni redaktə et]

“Gəncə” fan-klubu “Kəpəz” PFK-nın ilk fan-klublarından hesab olunur. Abbas Abbasovun başçılıq etdiyi azarkeş qurumu 2004-cü ildə təşkil olunub.

Kəpəzmaniya[redaktə | mənbəni redaktə et]

“Kəpəzmaniya” komandanın köklü fan-klublarındandır. 2002-ci ildə yaradılıb. Rəhbəri Nadir Hüseyndir.

Kapaz Ultras[redaktə | mənbəni redaktə et]

“Kapaz Ultras” fan-klubu komandanın yeni yaradılan azarkeş birliyidir. Əsasən, tələbə gənclərin təmsil olunduğu fan-klub 2014-cü ilin avqust ayından fəaliyyətə başlayıb. “Kəpəz Ultras”a Turqan Əliyev rəhbərlik edir.

Xəmsə[redaktə | mənbəni redaktə et]

“Xəmsə” Müstəqil Fanat Klubu 2009-cu ildə yaradılıb. Fan-klubun İdarə Heyəti beş üzvdən ibarətdir. Adil Məmmədovun rəhbərlik etdiyi azarkeş qrupu Bakıda fəaliyyət göstərir. “Xəmsə”, əsasən, “Kəpəz”in paytaxtda keçirdiyi oyunlarda komandaya dəstək olur.

Kəpəz[redaktə | mənbəni redaktə et]

“Kəpəz” fan-klubu komandanın ilk fan-klublarındandır. Azarkeş birliyi 2002-ci ildə yaradılıb. Prezidenti Elmar Əliyevdir. Fanklub özündə bütün yaş qruplarından olan azarkeşləri birləşdirir.

Tarixi derbi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Tarixi derbi

Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqbət xüsusiyyətini də özündə əks etdirməkdədir. "Neftçi"nin tərəfdarları ümumilikdə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də, Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda "Neftçi" - "Kəpəz" qarşılaşmalarında "Kəpəz"ə tərəfdarlıq edir. Hələ Sovet dövründə ikən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSRİ zamanlarına dayanır. Belə ki, "Kəpəz" azarkeşləri hər zaman bildirirlər ki, "Kəpəzin SSRİ dönəmində Neftçi qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularının ələl-xüsus Gəncə futbolunun yetirmələrinin hər zaman "Kəpəz"dən "qopararaq" "Neftçi"yə aparılmaları olmuşdur ki, bu da Kəpəzin uğurlarına əngəl olub". Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" adlandırılan bu rəqabət XX əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında adı çəkilmişdir. İlk qarşılaşma 1962-ci il 26 iyunda SSRİ kubokunun 1/8 mərhələsinə təsadüf edir. Klubların o zamanki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1:0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə müstəqillik dövründən hal-hazıradək bu komandalar 50 dəfə üz-üzə gəliblər ki, bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır. Belə ki, bakılıların aktivində 23 qələbə, gəncəlilərin aktivində isə 18 qələbə var, 9 oyun isə bərabərliklə sona çatıb. Top fərqinə görə də Neftçi üstünlüyə malikdir - 71:45.

Oyunların ümumi statistikası
Yarış Oyun "Kəpəz"in
qələbəsi
Bərabərlik "Neftçi"nin
qələbəsi
"Kəpəz"in
qolları
"Neftçi"nin
qolları
Azərbaycan Premyer Liqası 50 18 9 23 33 60
Azərbaycan Kuboku 9 4 2 3 8 9
SSRİ Çempionatı 2 1 0 1 3 2
SSRİ Kuboku 1 1 0 0 1 0
Cəmi 62 24 11 27 45 71

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində[redaktə | mənbəni redaktə et]

2016-cı il aprelin 2-də açıqlanan klublarının XXI əsr üçün reytinqində 1247 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 453-cü pillədə başa vurmuşdur.

UEFA-nın 21/07/2017-ci il tarixi üçün tərtib etdiyi klubların reytinq cədvəlində "Kəpəz" PFK" 3.900 xalla 278-ci pillədə qərarlaşıb.

Baş məqçiləri[redaktə | mənbəni redaktə et]

Vladimir Şuvalov

Komandanın ilk baş məşqçisi, bakılı, "Neftyanik"in sabiq müdafiəçisi Valentin Xlıstov olub. SSRİ dövründə komandanın ən uğurlu baş məşqçisi Vladimir Şuvalov hesab olunur. Məhz onun rəhbərliyi altında komanda 1965-ci ildə İkinci liqanın qalibi olaraq Birinci liqaya, 1967-ci ildə isə Birinci liqanın qalibi olaraq Yüksək liqaya vəsiqə qazanmışdır.

Müstəqillik dövründə "Kəpəz"in ilk baş məşqçisi, klubun keçmiş hücumçusu Şahmir Hüseynov olub. "Kəpəz" ən böyük uğurlarını 1993-2003-cü illərdə klubun baş məşqçisi olmuş Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Gəncə təmsilçisi bu dönəmdə 3 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Klubun hal-hazırkı baş məşqçisi 2022-ci ildə Yaşar Vahabzadəni əvəzləmiş Tərlan Əhmədovdur.

İndiki heyəti[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
71 Xorvatiya GK Mustapiç Mario
1 Azərbaycan GK Nadirov Müşviq Vüqar
68 Azərbaycan GK Sadıqlı Orxan Mehdi
12 Azərbaycan GK İbrahimov Kamran Tahir
2 Azərbaycan DF Əliyev Zamiq Arastun
78 Belarus DF Xvalko Yeqor
32 Azərbaycan DF Yunuszadə Elvin Qərib
14 Azərbaycan DF Əlicanov Elçin Mübariz
3 Azərbaycan DF Rzayev Abdulla İmran
74 Azərbaycan DF Nəbiyev Yusif Ayaz
8 Azərbaycan DF Axundov Tural Möhsüm
21 Braziliya MF Junior Martins
40 Nigeriya MF Ayzaya Ahmed
77 Azərbaycan MF Nəbiyev Fərid Ayaz
19 Nigeriya MF Şuaybu Abdullahi
7 Gürcüstan MF Kantariya Giorgi
9 Gürcüstan MF Kvirkviya Mate
27 Azərbaycan MF Məhərrəmli Samir Azər
80 Azərbaycan MF Rzayev Tural Elxan
70 Azərbaycan MF Süleymanov Nicat Zaur
5 Azərbaycan MF İnqilablı İdris Səməd
10 Fransa FW Sisse Salif

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gəncə futbolu və onun qızıl dövrü YAZI (LAYİHƏ)". 2021-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.
  2. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]