İsmət Qayıbov adına stadion — Vikipediya

İsmət Qayıbov adına stadion
Xəritə
Yeri Bakıxanov
Tamaşaçı tutumu 5.000
Ev sahibi komanda Neftçi Peşəkar Futbol Klubu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmət Qayıbov adına stadion - Bakıda Bakıxanov qəsəbəsində Dövlət Neft Şirkətinin balansında olan stadion. Stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb.

İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilir. Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletikavoleybolla məşğul olurlar.[1]

NeftçiQaradağ Lökbatan klubları da bir müddət ev oyunlarını bu stadionda keçiriblər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.