Sabah FK — Vikipediya

Sabah FK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Bayquşlar, Tələbələr
Rəng(lər) Ağ-Göy
Yaranma tarixi 8 sentyabr 2017
Stadionu Bank Respublika Arena
Tutumu 13000
Prezidenti Maqsud Adıgözəlov
Baş məşqçisi Xorvatiya Krunoslav Renduliç
Liqa Azərbaycan Premyer Liqası
2022-23 2
Rəsmi saytı

Sabah FKMasazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu. Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Sabah" I Divizionda (2017–2018)

"Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub.

2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.

"Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.

2022-ci ilin dekabrında Murad Musayevin rəhbərlik etdiyi klub, "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edərək Azərbaycan Premyer Liqasında tarixinin ən böyükhesablı qələbəsini qazanıb.[1]

Klubun loqosu və rəngləri[redaktə | mənbəni redaktə et]

"Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir. Qalxan isə müdafiə əzminin, oyunda komandanın qapısının toxunulmazlığının ifadəsidir.

"Sabah"ın əsas rəngləri göy-ağdır. Bu rənglər ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir.

Rəhbərlik və Müşahidə şurası[redaktə | mənbəni redaktə et]

"Sabah" Futbol Klubunun təsisçisi "Bridge Group of Companies"-in rəhbəri Yaqub Hüseynovdur. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovdur.

Klubda Müşahidə Şurası (MŞ) da fəaliyyət göstərir. MŞ 5 üzvdən ibarətdir – Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar), Yaqub Hüseynov (sahibkar).

Müşahidə Şurasının sədri Firudin Qurbanovdur.

Forma[redaktə | mənbəni redaktə et]

Klub geyim dəstində göy-ağ rənglərdən istifadə edir. "Sabah"ın əsas geyimi göy-ağ-göy, ehtiyat geyimi isə ağ-göy-ağ rəngdədir.

Klub I Divizionda çıxış etdiyi zaman İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. "Sabah" Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma"nı İtaliyanın "Macron" firmasıyla əvəzlədi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir.

Stadion[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Bank Respublika Arena
Bank Respublika Arena

"Sabah" Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Bank Respublika Arena" 13 000 nəfər azarkeş tutumuna malikdir. "Sabah" Futbol Klubunun bu

stadionda keçirilən oyunlarını orta hesabla 1500–2000 nəfər izləyir.

Stadionun oyun meydançası təbii ot örtüyünü ilə əhatə olunmuşdur. Stadionun ərzisində futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal ilə yanaşı, dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.

Sözügedən stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi etmişdir. "Sabah" Futbol Klubu yüksək liqada "Bank Respublika Arena"dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox azarkeş məhz bu stadionunda keçirilən "Sabah" FK — "Qarabağ" FK oyununda qeydə alınıb. 0:0 hesabı ilə nəticələnən görüşü 10000 nəfər tribunadan canlı izləyib.

Komandanın Heyəti[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
2 Azərbaycan DF Amin Seydiyev
3 Ukrayna DF Zurab Oçiqva
4 Azərbaycan MF Elvin Camalov (Kapitan)
7 Bosniya və Herseqovina DF Boyan Letiç
8 Ukrayna MF Alekseyk Kaşuk
9 Azərbaycan MF Anatoli Nuriyev
10 Azərbaycan MF Aleksey İsayev
11 İspaniya FW Kristian Sebalyos
12 Azərbaycan GK Yusif İmanov
13 Seneqal MF Abdolaye Ba
14 Azərbaycan DF Bəxtiyar Həsənalızadə
15 Braziliya MF Kristiyan Da Silva Fil
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Azərbaycan GK Rüstəm Samiqullin
17 Azərbaycan MF Tellur Mütəllimov
18 Gürcüstan FW Davit Volkov
19 İspaniya DF Con İrasabal
20 Almaniya MF Coy-Lens Mikels
21 Azərbaycan MF İldar Alekperov
22 Azərbaycan MF Seymur Məmmədov
29 Azərbaycan MF Ceyhun Nuriyev
33 Azərbaycan MF Camal Cəfərov
77 Azərbaycan MF Namik Ələsgərov
94 Azərbaycan GK Nicat Mehbalıyev
99 Nigeriya FW Emmanuel Apeh

Məşqçilər heyəti[redaktə | mənbəni redaktə et]

Vəzifə Ad, soyad
Baş məşqçi Rusiya Murad Musayev
Baş məşqçinin birinci köməkçisi Rusiya Artur Olenin
Baş məşqçinin ikinci köməkçisi Azərbaycan Ruslan Qafitullin
Qapıçılar üzrə məşqçi Azərbaycan Vitali Kovalyov
Fiziki hazırlıq üzrə məşqçi Rusiya Vitali Korneyev
Əvəzedici heyətin baş məşqçisi Azərbaycan İlqar Mənsimov

Akademiya[redaktə | mənbəni redaktə et]

"Sabah" Futbol Klubu "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. "Vətən" 1967-ci ildə uşaq və gənclər futbol məktəbi kimi təsis olunmuşdur. İlk illərində "Vətən" Futbol Məktəbinə Azərbaycanın futbol əfsanəsi Ələkbər Məmmədov rəhbərlik etmişdir. 26 dekabr 2007-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə məktəbin adı rəsmi olaraq "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olmuşdur.

"Vətən" Futbol Məktəbinin Bakı şəhərində yerləşən iki kampusu mövcuddur. Bu futbol məktəbində Bakı şəhərindən olanlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaq və yeniyetmələr də məşq edir. "Vətən" Futbol Məktəbinin futbolçularından ibarət komandalar mütəmadi olaraq xaricdə təşkil olunan beynəlxalq futbol turnirlərində çıxış etmək imkanı qazanırlar.

Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan "Vətən" RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Клуб российского тренера добился самой крупной победы в своей истории" (rus). az.sputniknews.ru. 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  1. Sabah Futbol Klubunun rəsmi veb səhifəsi sabahfc.az
  2. Azərbaycan Premyer liqasının rəsmi veb səhifəsi pfl.az
  3. "Sabah" Futbol Klubu: Azərbaycan Premyer Liqasının yeni siması www.1news.az
  4. Президент ФК Сабах: Мы пришли в футбол не на один день www.azerifootball.com
  5. "Sabah" futbol klubunun Müşahidə Şurası yaradılıb www.report.az
  6. Lisenziya Komissiyasının qərarı: "Sabah" Premyer Liqada, "Kəpəz"də qalır? Arxivləşdirilib 2019-03-13 at the Wayback Machine cbcsport.tv
  7. "Sabah"da daha 3 imza Arxivləşdirilib 2019-04-01 at the Wayback Machine futbolinfo.az