Şəmkir FK — Vikipediya

Şəmkir FK
Loqonun şəkli
Klubun tam adı Şəmkir Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Şəmkirlilər","Qərblilər"
Rəng(lər) qırmızı-ağ
Yaranma tarixi 1954
Stadionu Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Tutumu 2 000
Prezidenti Azərbaycan Mahir Şirinov
Baş məşqçisi Gürcüstan Badri Kvaratsxeliya
Liqa Azərbaycan Birinci Divizionu
2016/2017 6

Şəmkir — eyni adlı şəhəri təmsil edən futbol klubudur. 2017-ci ildə fəaliyyətini dayandırmışdır.

Barri Toun ilə səfər matçı. Azər Məmmədov

Tarixi[redaktə | mənbəni redaktə et]

Klub bir vaxtlar aktiv olmuş vebsəhifəsinə əsasən 1954-cü ildə Şəmkirdə yaranmışdır. Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. üç dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır.

Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır.

Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı.

Barri Toun ilə səfər matçı. İsmayıl Məmmədov

2003-2004 mövsümü çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdu (3-1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2-2 hesablı heç-heçə ilə bitmişdi. 2004-cü ildə keçirilən Azərbaycan kuboku finalında əlavə vaxtda ilk qolu məhz Şəmkir klubu vursa da - hakim İmamxan Sultani qolu qeydə almamışdı. Bütün mətbuat orqanlarında qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar. 2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.


Bərpaolunmuş "Şəmkir"in oyunu

2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur. 2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı[1].

Klubun rəngləri[redaktə | mənbəni redaktə et]

Qırmızı

2010/2011 dirçəliş mövsümu[redaktə | mənbəni redaktə et]

4 illik fasilədən sonra,19 Avqust 2009-cu ildə klub yenidən bərpa olunmuşdur.Klub mövsüm ərzində 30 futbolçunun xidmətindən istifadə etmiş və turnir cədvəlini 9-cu pillədə başa vurmuşdur. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan Şəmkir FK 22 xalla mövsümü bitirmişdir.

2013/2014 mövsüm[redaktə | mənbəni redaktə et]

Bu mövsümda klubun heyəti dəyişdi.Anar Kələnərovun yerinə baş məşqçi Ruslan Abbasov oldu.Kluba yeni gənc və perspektivli oyunçular gəldi.

2013-2014 mövsüm.Oyun öncəsi
Şəmkir Futbol Klubunun heyəti.Mövsüm 2013-2014

2014/2015 mövsüm[redaktə | mənbəni redaktə et]

Bir sıra uğursuzluqdan sonra Ruslan Abbasov istefaya göndərildi.Kluba sponsor tapıldı,yeni baş məşqçi və oyunçular gəldi.2015-ci ilin Yanvar ayından etibarən komandanın yeni baş məşqçisi Kamran Əlibabayev təyin olundu.

2016/2017 mövsüm[redaktə | mənbəni redaktə et]

Bu klub üçün sonuncu mövsüm oldu. 2016-cı ildə klubun yeni sponsoru və prezidenti Elvin Səfərli oldu.Mövsümün başlanğıcında kluba kifayət qədər böyük maliyyə ayrıldı. Komanda qış fasiləsində Türkiyəyə yola düşdü və təlim-məşq toplantısını Antalya bölgəsində keçirdi.Orada Ukraynanın "Dnepr", Qazaxstan Premyer Liqasının "Okjetpes" və "Tobol" kimi komandaları ilə hazırlıq oyunlarını keçirdi. Lakin mövsümün ikinci dövrəsində komanda o qədərdə uğurlu çıxış etmədiyi üçün baş məşqçi Qəhrəman Əliyev ilə yollar ayrıldı. Bundan sonra Badri Kvaratsxeliya klubun baş məşqçisi təyin olundu və komanda turnir cədvəlində 6-cı yerdə qərarlaşaraq mövsümü bitirdi. Klubda olan maliyyə problemləri səbəbindən 2017-ci ilin iyun ayında Şəmkir Futbol Klubu ikinci dəfə fəaliyyətini dayandırdı.

Heyəti[redaktə | mənbəni redaktə et]

2014/2015 mövsümü üçün heyəti (1 mart 2015)

Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Azərbaycan GK Zaur Abbasov
88 Azərbaycan GK Yaməddin Əliyev
4 Azərbaycan DF Orxan Məmmədov (Kapitan)
5 Azərbaycan DF Elvin Hacıyev
6 Azərbaycan DF Əfqan Pirquliyev
7 Azərbaycan MF Pərvin Paşayev
8 Azərbaycan MF Ramil Allahverdiyev
9 Azərbaycan MF Rövşən Əmiraslanov
10 Azərbaycan MF Orxan Müzəffərli
11 Azərbaycan FW Bəxtiyar Məsiməliyev
14 Azərbaycan MF Vüqar İbrahimov
15 Azərbaycan MF Elnur Şiriyev
17 Azərbaycan FW Mahir İbrahimov
20 Azərbaycan FW Azər Məmmədov
22 Azərbaycan MF Qeyrət Qənbərov
25 Azərbaycan MF Qərib İbrahimov
57 Azərbaycan MF Anar Rzayev
66 Azərbaycan DF Üvi Qaçaylı
73 Azərbaycan DF Məhəmməd Hüseynov
92 Azərbaycan MF Cavid Mirzəyev
99 Azərbaycan MF Elmin İsmayılzadə

Komandanın keçmişində əməyi olanlar[redaktə | mənbəni redaktə et]

Keçmişindəki məşhur futbolçular[redaktə | mənbəni redaktə et]

Keçmişindəki baş məşqçilər[redaktə | mənbəni redaktə et]

Keçmişindəki prezidentlər[redaktə | mənbəni redaktə et]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan çempionatı:
    • Qızıl medal (2) - 1999/2000, 2000/2001
    • Gümüş medal (2) - 1998/1999, 2003/2004
    • Bürünc medal (1) - 1997/1998
  • Azərbaycan Kuboku:
    • Finalçı (2) - 1998/1999, 2003/2004

Avropa kuboklarında iştirakı[redaktə | mənbəni redaktə et]

4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində[redaktə | mənbəni redaktə et]

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdur[7].

Stadionu[redaktə | mənbəni redaktə et]

Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu


Şəmkir Futbol Klubunun köhnə stadionu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olimpiya mükafatçısı "Şəmkir"ə həyat verdi[ölü keçid]
  2. "Azərbaycan futbolunda daha bir məşqçi istefaya göndərildi". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  3. "Şəmkirin eyniadlı komandası hazırlığını davam etdirir". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  4. Kamran Əlibabayev: Kubok oyununa ciddi hazırlaşmışdıq
  5. "Qəhrəman Əliyev "Şəmkir"dən istefa verib". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  6. "Badri Kvaratsxeliya rəsmən "Şəmkir"də". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  7. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27