Fransa 10-0 Azərbaycan — Vikipediya

Fransa 10-0 Azərbaycan
Turnir Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsi
Ətraflı
Tarix 6 sentyabr 1995
Yer Abbe-Deşam stadionu, Oser
Hakim Malta Alfred Mikallef
Tamaşaçı 13.479

Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi[1][2] – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür.[1] 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur.[3]

Oyun öncəsi[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q+ Q- T-F X
 Rumıniya 8 5 3 0 15 6 +9 18
 Polşa 8 3 3 2 13 8 +5 12
 Fransa 7 2 5 0 7 1 +6 11
 Slovakiya 8 3 2 3 10 15 −5 11
 İsrail 8 2 3 3 11 11 0 9
 Azərbaycan 7 0 0 7 2 17 −15 0

Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, FransaAzərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953)[4]İslandiya (2 iyun 1957).[5] Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı.[6]

Oyunun detalları[redaktə | mənbəni redaktə et]

Fransa 10–0 Azərbaycan
Dösayi Qol 13'
Corkaeff Qol 17'77'
Qeren Qol 32'
Pedros Qol 48'
Löböf Qol 53'74'
Düqarri Qol 66'
Zidan Qol 71'
Kokar Qol 90'
(Ətraflı) Booked in the 49-cu minute 49' Getman
Tamaşaçı: 13.479
Hakim: Alfred Mikallef (Malta Malta)
Fransa
Azərbaycan
GK 1 Bernar Lama
RB 2 Joslen Anqloma 57-ci dəqiqədə əvəz olunub 57'
LB 3 Bişente Lizarazu
CB 4 Marsel Dösayi Qol 13'
CB 5 Frank Löböf Qol 53'74'
AM 6 Yuri Corkaeff Qol 17'77'
DM 7 Didye Deşam
CM 8 Vensan Qeren Qol 32'
FW 9 Kristof Düqarri Qol 66' 69-cu dəqiqədə əvəz olunub 69'
AM 10 Zinəddin Zidan Qol 71'
AM 11 Renald Pedros Qol 48' 65-ci dəqiqədə əvəz olunub 65'
Ehtiyat oyunçular:
LB 12 Erik Di Meko
DF 13 Lilian Türam 57-ci dəqiqədə əvəzetmədən daxil olub 57'
FW 14 David Jinola 65-ci dəqiqədə əvəzetmədən daxil olub 65'
MF 15 Kristof Kokar 69-cu dəqiqədə əvəzetmədən daxil olub 69' Qol 90'
GK 16 Brüno Martini
Məşqçi:
Fransa Eme Jake
GK 1 Elxan Həsənov 36-cı dəqiqədə əvəz olunub 36'
DF 2 Arif Əsədov
DF 3 İqor Getman Booked in the 49-cu minute 49'
DF 4 Tərlan Əhmədov
DF 5 Emin Ağayev
DM 6 Rasim Abuşev
FW 7 Yunis Hüseynov
MF 8 Şahin Diniyev
MF 9 Vladislav Qədirov 74-cü dəqiqədə əvəz olunub 74'
MF 10 Mahmud Qurbanov 46-cı dəqiqədə əvəz olunub 46'
MF 11 Vyaçeslav Lıçkin
Ehtiyat oyunçular:
MF 17 Bəxtiyar Musayev
FW 13 Fazil Parvarov
FW 14 Müşfiq Hüseynov 74-cü dəqiqədə əvəzetmədən daxil olub 74'
FW 15 Samir Ələkbərov 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
GK 16 Nizamı Sadıqov 36-cı dəqiqədə əvəzetmədən daxil olub 36'
Məşqçi:
Azərbaycan Ağasəlim Mircavadov

Oyundan sonra[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q+ Q- T-F X
 Rumıniya 8 5 3 0 15 6 +9 18
 Fransa 8 3 5 0 17 1 +16 14
 Polşa 8 3 3 2 13 8 +5 12
 Slovakiya 8 3 2 3 10 15 −5 11
 İsrail 8 2 3 3 11 11 0 9
 Azərbaycan 8 0 0 8 2 27 −25 0

Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.

Baş məşqçi Ağasəlim Mircavadov məğlubiyyətdən dərhal sonra öz postundan istefa vermişdir. Daha sonra o, məğlubiyyətin səbəbləri kimi legioner futbolçuların gələ bilməməsi, hazırlığın çox aşağı olmasını, rəqibin çox güclü olmasını göstərmişdir.[7]

2016-cı ildə pastemagazine.com saytı "Millilərin top-10 böyükhesablı məğlubiyyəti" siyahısına Oser faciəsini də daxil etmişdir.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Mililimiz üçün "qara tarix"lər: "Oser faciəsi" və digər darmadağınlar - LAYİHƏ". SportNet (az.). 19 mart 2017. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  2. Orxan İsmayilov. "BİR FRANSIZIN 53 İLLİK FUTBOL HEKAYƏSİ". Offside (az.). 6 oktyabr 2015. 2017-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  3. "France defeat Gibraltar 14-0 for record win in European Championship qualifying". France24 (ingiliscə). 18 noyabr 2023. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2023.
  4. "Match - France - Luxembourg". FFF (fransızca). 2018-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  5. "Match - France - Islande". FFF (fransızca). 2018-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  6. "Millinin bütün oyunları". AFFA (az.). 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  7. ""Oser faciəsi" - Mircavadov Fransaya 0:10 hesablı məğlubiyyətdən danışır..." SportLife (az.). 11 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2020.
  8. ""Oser faciəsi" "onluq"da". Milli.az (az.). 11 may 2016. 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]