Ağsu FK — Vikipediya

Ağsu FK
Loqonun şəkli
Klubun tam adı Ağsu FK
Ölkə
Rəng(lər) göy-ağ
Yaranma tarixi 2012
Stadionu Ağsu şəhər stadionu
Tutumu 3000
Prezidenti Mahir Rüstəmov
Baş məşqçisi Rüfət Quliyev
Liqa I Divizion
2018-19 13

Ağsu FK — Ağsu Futbol Kulubu 2012-ci ildə yaradılıb. Klub ev oyunlarını öz şəxsi Ağsu şəhər stadionunda keçirir.

Tarixi[redaktə | mənbəni redaktə et]

2012-ci ildə yaradılmışdır. Adındanda görüldüyü kimi Ağsu şəhərinin futbol klubudur. Komanda yaradılanda ilk öncə həvəskar liqada oynayırdı. Amma o zaman qeyri-stabil heyətlə çıxış edirdi bu səbəbdən də klub tezliklə dağıdıldı. Lakin 2012-ci ildə tam heyətlə yaradılaraq 2012/2013 mövsümündə Azərbaycan Birinci Liqasında çıxış etməklə fəaliyyətə başladı. Çıxış etdiyi elə ilk mövsümdəcə 1-ci divizionun çempionu oldu. Lakin müəyyən səbəblərə görə Azərbaycan Premyer Liqasına yüksələ bilmədi. Amma AFFA-nın 2014-cü ildə qoyduğu yeni qərara əsasən 2014–2015 mövsümündə aşağı liqadan ilk 6 yeri tutan komanda Azərbaycan Premyer Liqasına yüksələcəkdi. Və növbəti mövsüm Ağsunun Azərbaycan Premyer Liqasında oynama şansı daha böyük idi. Ancaq sonradan bu qərar dəyişdi ve Premyer liqaya yalnız çempion olan komanda yüksələ bilərdi. Ağsu FK Azərbaycan Birinci Liqasında 4-cü oldu və Azərbaycan Premyer Liqasına yüksələ bilmədi. Ağsu FK-nun ölkə kubokunda hələki bəxti gətirmir. 2012–2013 mövsümündə Tərəqqiyə 3:1 hesabı ilə məğlub oldu və ölkə kubokundan kənar qaldı. 2013–2014 mövsümündə isə ölkə kubokunda 16/1 finalda Araz-Naxçıvan PFK-na əlavə vaxtda 0:1 hesabı ilə məğlub oldu və kubokdan kənarda qaldı. 2014–2015 mövsümündə Ağsu FK bu dəfə Premyer liqa təmsilçisi olan Qəbələ FK ilə 1/8 finalda görüşdü. Bu oyunda təcrübə öz sözünü dedi. Ağsu FK 3:0 hesabı ilə məğlub oldu.

Uğurları[redaktə | mənbəni redaktə et]

Liqa və Kuboklarda[redaktə | mənbəni redaktə et]

Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Azərbaycan kuboku
2012–13 2-ci 1 24 20 3 1 65 18 63 1/16 final
2013–14 2-ci 4 30 17 7 6 56 26 58 Birinci tur
2014–15 2-ci 2 30 21 4 5 70 22 67 İkinci tur
2015–16 2-ci 3 26 13 8 5 46 29 47 iştirak etməyib

Klubun rəngləri[redaktə | mənbəni redaktə et]

Göy

UEFA Turnirlərində[redaktə | mənbəni redaktə et]

Ağsu hələki Avropa arenasına çıxmayıb.

Komandanın heyəti[redaktə | mənbəni redaktə et]

2013–2014 heyəti[1]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Azərbaycan Kənan Bayramov
2 Azərbaycan Cavid Səfərov
3 Azərbaycan Sadiq Ramazanov
4 Azərbaycan DF Elçin Həşimov
5 Azərbaycan DF Nurlan İsfəndiyarov
6 Azərbaycan DF Fərrux İsmayılov
7 Azərbaycan DF Ülvi Qaçaylı
8 Azərbaycan DF Elsəvər Əliyev
9 Azərbaycan DF Kapitan Bəxtiyar Mehrəliyev
10 Azərbaycan Fariz Ramazanov
11 Azərbaycan Seyid İsgəndərov
12 Azərbaycan Tural Rzayev
13 Azərbaycan Malik Babayev
14 Azərbaycan Qabil Əmrahov
15 Azərbaycan DF Hüseyn Abasov
16 Azərbaycan Muxtar İsmayılov
17 Azərbaycan Elvin Cəbrayıllı
18 Azərbaycan Natiq Kərimli
19 Azərbaycan Ramil Əliyev
20 Azərbaycan İbrahim Əhmədzadə
21 Azərbaycan Həsən Allahyarov
22 Azərbaycan Tərlan Salmanov
23 Azərbaycan Nicat Tağıyev
24 Azərbaycan Fərmayıl Əliyev
25 Azərbaycan Etibar Məmmədov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "PFL". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]