Neftçi Arena — Vikipediya

Neftçi Arena
Xəritə
Qeyri-rəsmi adı 8-ci km stadionu
Yeri Bakı, Azərbaycan
Açılış tarixi 14 sentyabr 2012
Sahibi AFFA
Tamaşaçı tutumu 15,000[1]
Ev sahibi komanda Neftçi Bakı
Ot örtüyü Təbii
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neftçi ArenaNeftçi Bakı Peşəkar Futbol Klubunun stadionu.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir.

Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda Sumqayıt komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir. (8–1)[2]

2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan Neftçi Bakı üçün düşərli olmuşdur. Həmin gün Neftçi Bakı klubu İnter Bakı klubunu 2 cavabsız qolla məğlub etmişdir.[3]

2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb.[4]

4 avqust 2023-cü il tarixində stadionun Bakcell Arena adı dəyişdirilmiş və Neftçi Arena olmuşdur.[5][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakcell Arena". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
  2. "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
  3. "Arxivlənmiş surət". 2013-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
  4. ""Neftçi"nin stadionunun adı dəyişdirilir? - "Bakcell"lə müqavilə bitdi". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-10.
  5. ""Bakcell Arena"nın adı dəyişdirildi, "Neftçi" - "Beşiktaş" matçının yeri məlum oldu - FOTO". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-10.
  6. "Bu stadionun adı "Neftçi" Arena" oldu". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]