Ağsu şəhər stadionu — Vikipediya

Ağsu şəhər stadionu
Yeri Ağsu, Azərbaycan
Təməli qoyulub 29 oktyabr 2009
Açılış tarixi 30 oktyabr 2011
Tamaşaçı tutumu 3.000
Ev sahibi komanda Ağsu
Ot örtüyü Süni ot örtüyü

Ağsu şəhər stadionuAzərbaycanın Ağsu şəhərində yerləşən futbol stadionu. Açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur.

Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir.[1] Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.[2]

"Ağsu" futbol klubu ev oyunlarını bu stadionda keçirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AĞSU ŞƏHƏR STADIONU". Soccerway.com (ingilis). 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
  2. "İlham Əliyev Ağsu şəhər stadionunun açılışında iştirak etmişdir". President.az (az.). 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.