Gəncə şəhər stadionu — Vikipediya

40°42′22″ şm. e. 46°21′43″ ş. u.

Gəncə Şəhər Stadionu
Xəritə
Tam adı Gəncə Şəhər Mərkəzi Stadionu
Qeyri-rəsmi adı Kəpəz Stadionu
Yeri Gəncə,Kəpəz rayonu
Təməli qoyulub 1960
Açılış tarixi 1963-cü il
Sahibi Kəpəz PFK
Tamaşaçı tutumu 27,000
Ev sahibi komanda Kəpəz PFK
Meydançanın ölçüləri 68×105
Ot örtüyü Təbii ot

Gəncə şəhər stadionuAzərbaycanın Gəncə şəhərində stadion, tutumu 27 000 tamaşaçıdır. Gəncənin "Kəpəz" klubu ev oyunlarını burada keçirir[1]. Bu stadion Azərbaycanın ən böyük klub stadionudur. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan çempionatinda qeydə alınmış ən yüksək azarkeş göstəricilərinin hamısı məhz bu stadionda qeydə alınıb.

1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.[2] Arena "Dinamo" Kirovabad klubunun 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə genişləndirilib.

Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.[3] III MDB Oyunlarının yenidənqurmadan sonra Gəncə stadionunda keçirilməsi planlaşdırılır.

2018-ci ildə Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb.[4] Yenidənqurma işlərinin 2019–2020-ci illərdə görülməsi planlaşdırıldığı bildirilib.[5]

Baxımsız qalan stadionun yenidən qurulması və təmiri cəhdləri bir neçə dəfə edildi. Ancaq hər dəfə başlanmış işlər sona çatmadı. 2011-ci ilin noyabr ayında AFFA prezidenti Rövnəq Abdullayev Gəncə stadionunun yenidən qurulması planının hazırlandığını, onun başa çatmasından sonra 2012-ci ildə lazımi işlərin başlanacağını bildirib. Yenidənqurma üçün daha bir cəhd 2013-cü ildə AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə edilib. AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, 2013-cü ilin avqust ayında təmir işlərinə başlanılmalı və ən qısa müddətdə başa çatdırılmalı idi. Ancaq konkret addımlar atılmadı. Nəhayət 2023-cü ildə stadion yenidənqurma işləri üçün bağlandı. Azərbaycan Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri 2024-cü ildə başa çatdırılıb.

Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Bu səbəbdən Gəncənin Kəpəz klubu da ev oyunlarını başqa şəhərlərdə keçirməli olurdu. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub. Həmin ilin avqust ayında Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin birinci mərhələsi üçün 15 milyon manatlıq müqavilə imzalanıb.[6] Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir.[7]

  1. "fussballtempel". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
  2. "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  3. "Gəncə şəhər stadionu 240 650 tamaşaçı qəbul edib". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  4. "Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  5. ""Gəncə şəhər stadionu bu il təmir olunacaq"". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
  6. "Azərbaycanda stadion tikintisi üçün 15 milyon manatlıq müqavilə imzalandı". qol.az (az.). 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.
  7. Kazımoğlu, Mirmahmud. "Gəncə şəhər stadionunun təməli qoyulub - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 9 aprel 2024. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]