Heydər Əliyev adına stadion — Vikipediya

Heydər Əliyev adına stadion
Xəritə
Tam adı Heydər Əliyev adına İmişli şəhər stadionu
Yeri İmişli şəhəri, Abbasqulu bəy Şadlinski, AZ3000[1]
Açılış tarixi 2006-cı il, 23 mart
Tamaşaçı tutumu 8.500
Ev sahibi komanda İmişli FK

Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionuAzərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər[2] olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur.[3] "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.[4]

İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Ümummilli lider Heydər Əliyevin adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Heydər Əliyev adına şəhər stadionu". https://kataloq.gomap.az. Archived from the original on 2022-12-05.
  2. World Stadiums - Stadiums in Azerbaijan (Dünya Stadionları - Azərbaycanda Stadionlar)[https://web.archive.org/web/20200216070604/http://www.worldstadiums.com/middle_east/countries/azerbaijan.shtml Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine  (ing.)
  3. Səməd HÜSEYNOĞLU. "İMİŞLİ: qədim Mil-Muğan düzünün abad diyarı" (az.). http://www.anl.az. Archived from the original on 2022-12-05.
  4. "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]