Gədikdağ — Vikipediya

Gədikdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 2705 m
Yerləşməsi
39°21′40″ şm. e. 45°51′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Gədikdağ xəritədə
Gədikdağ
Gədikdağ

GədikdağAzərbaycanın Culfa rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Qavaxlısu çayının mənbə hissəsidir. Konusvari formadadır (hünd. 2705,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədik aşırımından 500 m qərbdə  zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş konusvari yüksəklikdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.  [1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax ==== Həmçinin bax

[redaktə | mənbəni redaktə et]