Küküdağ — Vikipediya

Küküdağ
Ümumi məlumatlar
Dağ silsiləsi Dərələyəz silsiləsi
Mütləq hündürlüyü 3120 m
Yerləşməsi
39°33′25″ şm. e. 45°34′09″ ş. u.
Ölkələr
Vilayət
  • Şahbuz
Küküdağ xəritədə
Küküdağ
Küküdağ
Küküdağ xəritədə
Küküdağ
Küküdağ

Küküdağ - Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikası ərazisində yüksək zirvəsi. Dərələyəz silsiləsinin ən hündür zirvəsidir. Hündürlüyü 3120 m-dir. Şahbuz rayonu ərazisindədir. Əhəngdaşı, qumdaşı, kvarsit, şist kimi suxurlardan təkil olunmuşdur.

Şahbuz rayonu ərazisində dağ. Küküçayın mənbəyində, Kükü kəndindən 8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Yamaclarında uzununa və eninə istiqamətlənmiş  qırılmalar və eyni yaşlı andezit-dasit tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının cənub-qərb qanadında yerləşir.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.