Ayçınqıl dağı — Vikipediya

Ayçınqıl dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3707,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Ayçınqıl dağıOrdubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində dağ (hünd. 3707,0 m). Mehri-Ordubad] batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritlərdən təşkil olunmuş yamacları sıldırımlı konusvari zirvədir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur.

Yerli əhali dağə Ay-çonqal dağı da adlandırır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]