Xoşkeşin silsiləsi — Vikipediya

Xoşkeşin silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3826,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Xoşkeşin silsiləsiOrdubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin cənub-şərq hissəsində ondan ayrılan qollardan biri. Səfərdərə zirvəsindən (3826,4 m) başlayaraq cənub-qərb istiqamətdə 10 km-dək uzanır və Parağaçayla Düylünçayın suayırıcısını təşkil edir. Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Gur (2741,0 m), Artım (2734,9 m), Məsnis (2081,9 m) və başqa zirvələr silsilənin suayırıcısına aiddir. Mehri-Ordubad batolitinin intruziv və Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım və Ordubad qarılma zonalarının təmasında yerləşir və onları çəpinə kəsərək, diaklinal tip morfostruktur əmələ gətirir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]