Dəvəboynu dağı — Vikipediya

Dəvəboynu dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3563,0 m
Yerləşməsi
39°14′04″ şm. e. 45°59′23″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Dəvəboynu dağı xəritədə
Dəvəboynu dağı
Dəvəboynu dağı

Dəvəboynu dağıOrdubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən  Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.[1]

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.