Aracı dağı — Vikipediya

Aracı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3071,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Aracı dağıŞahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında  zirvə. Naxçıvançayın ŞahbuzçayƏlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində,  Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı doleritandezit-dasit  tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərqşimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir. [1]

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.