Daşburun dağı — Vikipediya

Daşburun dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1239,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Daşburun dağıSədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən cənub-şərqə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Sədərək kəndindən 2 km şimal-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.[1] 

Daşburun dağı el arasında digər adı ilə Əjdəkan dağı adlanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]