Qabıllı dağı — Vikipediya

'Qabıllı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1125,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Qabıllı dağıKəngərli rayonu ərazisində dağ (hünd. 1125 7 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsinin şimal-şərq cinahındakı mailli düzənlikdə, Qabıllı kəndindən 3,5 km şimal-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion (qalıq) mənşəli günbəzvari təpədir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən eyniadlı sinklinalın geniş şimal-şərq qanadında yerləşir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.