Dəlikdağ — Vikipediya

Dəlikdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1782 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

DəlikdağOrdubad rayonu ərazisində dağ (hünd. 1782,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində  zirvə. Düylünçayın sol sahilində, Üstüpündən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsi nin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənubşimal yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq  qanadında yerləşir.[1]

DƏLİKDAŞ DAĞI – Ordubad rayonu ərazisində Dəlikdağın yerli əhali arasında işlədilən başqa adı.

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.