Əbu Səid Mehmed Əfəndi — Vikipediya
Əbu Səid Mehmed Əfəndi | |
---|---|
Əvvəlki | Zəkəriyazadə Yəhya Əfəndi |
Sonrakı | Muid Əhməd Əfəndi |
3 sentyabr 1651 – 16 avqust 1652 | |
Əvvəlki | Qaraçələbizadə Əbdüləziz Əfəndi |
Sonrakı | Bahai Mehmed Əfəndi |
2 yanvar 1654 – 11 may 1655 | |
Əvvəlki | Bahai Mehmed Əfəndi |
Sonrakı | Hüsamzadə Əbdürrəhman Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1593/1594 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | İyun 1662 |
Vəfat yeri | |
Fəaliyyəti | hakim |
Atası | Xocasadəttinzadə Mehmed Əsad Əfəndi |
Uşağı | Əbusəidzadə Feyzullah Əfəndi |
Əbu Səid Mehmed Əfəndi (1593, Konstantinopol – iyun 1662, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Şeyxülislam Xoca Sadəttin Əfəndinin nəvəsi, şeyxülislam Mehmed Əsad Əfəndinin oğlu və şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndinin atasıdır. Səid təxəllüsü ilə şeirlər yazmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1593-cü ildə (bəzi mənbələrə görə 1594) İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamladıqdan sonra 1613–1621-ci illər ərzində Rüstəm Paşa, Mihrimah Sultan, Sahn-ı Səman, Şahzadəbaşı və Süleymaniyyə mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından 1621-ci ildə Dəməşq, 1623-cü ildə Bursa, 1624 və 1627-ci ildə İstanbul, 1629-cu idə Anadolu və 1630-cu ildə Rumeli başqazısı olaraq təyin edildi. Bir müddət sonra vəzifəsindən alındıqdan sonra 1640-cı ildə yenidən Rumeli başqazısı seçildi. 27 fevral 1644 tarixində Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin vəfatı səbəbilə şeyxülislamlığa gətirildi. İki il bu vəzifədə qaldıqdan sonra 16 yanvar 1646-cı ildə şeyxülislamlıqdan azad edildi. 3 sentyabr 1651-ci ildə ikinci dəfə şeyxülislam seçildi. Bu əsnada Balizadə Mustafa Əfəndi Anadolu başqazısı seçilmiş, buna etiraz edən və bu vəzifəni özünə layiq görən İstanbul qazısı Əsad Əfəndi ilə divan məclisi əsnasında dalaşmışdır. Çox sərt xasiyyəti olan Əbu Səid Əfəndinin bu hərəkəti üləmalar arasında narazılığa səbəb olmuş, bu səbəblə 16 avqust 1652 tarixində vəzifədən alınmışdır.
Buna baxmayaraq 2 il sonra üçüncü dəfə şeyxülislam seçilən Əbu Səid Əfəndi yenə dövlət idarəsinə qarışmağa başladı. Sədrəzəm Qoca Dərviş Paşanın vəzifədən alınıb yerinə İbşir Mustafa Paşanın gətirilməsində önəmli rol oyasa da, bu hərəkəti onun vəzifədən getməsinə səbəb oldu. İbşir Mustafa Paşaya qarşı çıxan üsyan əsnasında sədrəzəmlə birlikdə şeyxülislam Əbu Səid Əfəndinin də kəlləsi istənilirdi. Bu əsnada üsyançılar şeyxülislamın köşkünə hücum edib, ulu babası Həsən Can dövründən toplanan bütün ailə xəzinəsini talan etdilər. Çətin vəziyyətdə qalan IV Mehmed İbşir Mustafa Paşanı üsyançılara təslim etsə də, üləmaların etirazı ilə şeyxülislamın canını bağışladı və vəzifədən azad edərək Çanaqqalaya sürgün etdi. Bir müddət sonra paytaxta geri çağırılsa da, ömrü buna icazə vermədi. 1662-ci ili iyun ayında vəfat etdi. Cənazəsi Əyyub Sultan məscidindəki ailə məzarlığına dəfn olunmuşdur.
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]Əmisi Əbdüləziz Əfəndinin qızıyla evlənmişdir.
- Feyzullah Əfəndi
- Əhməd Çələbi (ö. 1681) — Üləma zümrəsindəndir. 1645-1650-ci illərdə müdərris, 1650-1676-cı illərdə qazı olaraq fəaliyyət göstərdi. 1682-ci ildə Misirdə vəfat etdi. Burada ikən 2 dəfə həcc ziyarətinə yollandı.
- Ruqiyyə xanım — Üləmadan Vişnəzadə İzzəti Şeyx Mehmed Əfəndi ilə evləndirildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 295–297;
- Naîmâ, Târih, III, 46, 457; IV, 62, 170;
- Muhibbî, Hulâsatü’l-eser, I, 127–128;
- Devhatü’l-meşâyih, s. 50–52;
- Sicill-i Osmânî, I, 187;
- İlmiyye Salnâmesi, s. 450–453;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks; III/2, s. 465–466, 472.