Mentəşzadə Əbdürrəhim Əfəndi — Vikipediya

Əbdürrəhim Əfəndi
ƏvvəlkiMirzə Mustafa Əfəndi
SonrakıƏbu İshaq İsmayıl Əfəndi
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Atası Qurd Mehmed Əfəndi

Mentəşzadə Əbdürrəhim Əfəndi (Bursa4 dekabr 1716, Ədirnə) — Osmanlı alimi, müdərrisişeyxülislamı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Bursa məhkəməsinin katibi Qurd Mehmed Əfəndinin oğlu və Mentəşzadə Mehmed Əfəndinin kürəkənidir. Bursada dünyaya gəlmiş, burdakı təhsilinin ardından İstanbula gedərək şeyxülislam Minkarizadə Yəhya Əfəndidən dərslər almışdır. Dini təhsilini tamamladıqdan sonra İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından qazılığa yüksəldi, YenişəhərƏdirnə qazılığına gətirildi. Çox keçmədən vəzifədən alındı və 10 ilə yaxın bütün dövlət vəzifələrindən uzaq tutuldu. Ardından ÜsküdarMisir qazısı olaraq təyin edilmiş, çox keçmədən 1705-ci ildə İstanbul qazılığına yüksəldi. 1708-ci ildə Anadolu qazəsgəri, 1711, 1713 və 1715-ci illərdə isə Rumeli qazəsgərliyinə gətirildi. Son qazəsgərliyi dönəmində 26 iyun 1715-ci ildə şeyxülislamlığa yüksəldi.[2] 17 aya yaxın bu vəzifədə qaldıqdan sonra xəstələndi və 4 dekabr 1716-cı ildə vəfat etdi. Ədirnədə Zəhrimar məscidinin həyətində dəfn edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Abdürrahim Efendi, Fetâvâ, I–II, İstanbul 1243.
  • Râşid, Târih, III, 252, 265–266; IV, 335.
  • Devhatü’l-meşâyih, s. 84–85.
  • Sicill-i Osmânî, III, 331.
  • Osmanlı Müellifleri, II, 27.
  • İlmiyye Salnâmesi, s. 504–505.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şeyhî, Vekāyiu’l-fuzalâ, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2362, II, vr. 196a-197a.
  2. Hilmar Krüger, Fetwa und Siyar, Wiesbaden 1978, s. 76.