İmam Mehmed Əfəndi — Vikipediya

İmam Mehmed Əfəndi
ƏvvəlkiSədrəddinzadə Sadiq Mehmed Əfəndi
SonrakıSeyid Feyzullah Əfəndi
25 iyul 1703 – 25 yanvar 1704
ƏvvəlkiBaşmaqçızadə Əli Əfəndi
SonrakıBaşmaqçızadə Əli Əfəndi
Şəxsi məlumatlar
Doğum yeri Amasiya, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri

İmam Mehmed Əfəndi (Amasya ilisentyabr 1728, Bursa) — Osmanlı alimi, şairşeyxülislamı. Sultan Mehmedin imamlarından olduğu üçün İmam-ı sultani və ya İmam Mehmed Əfəndi olaraq anılır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Amasiya sancağına bağlı Ladik kəndində dünyaya gəlmişdir. Atasının adı Mustafa Əfəndi idi. Quran-ı kərim oxumaqda olan məharəti səbəbilə keçmiş Misir hakimi Canpoladzadə Hüseyn Paşanın şəxsi imamı oldu və Canpoladzadə imamı olaraq anılmağa başlandı. Ardından Minkarizadə Yəhya Əfəndinin xidmətinə girdi və dini təhsilini başa vurdu. 1671-ci ilədək müxtəlif mədrəsələrdə müdərris olaraq çalışdı.

Sultan Mehmed tərəfindən səsinin bəyənilməsi səbəbilə saraya alındı və 1670-ci ildə sultanın üçüncü imamı oldu. Bu vəzifəsi davam edərkən 1676-cı ilədək müdərrisliyi davam etdirdi. 1675-ci ildə həcc ziyarətinə gedən Əli Əfəndinin yerinə ikinci sultan imamı təyin edildi və Sultan Əhməd mədrəsəsində müdərrislik etdi.

1676-cı ildə qazılığa keçdi və Dəməşq qazısı oldu ancaq sultan imamı olduğu üçün qazılıq vəzifəsini naibi vasitəsilə yerinə yetirdi. Ertəsi il bu vəzifədən alındı və 12 dekabr 1681-ci ildə İstanbul qazısı oldu. 1 il davam edən bu vəzifəsinin ardından öncə Anadolu (1684), daha sonra isə Rumeli başqazısı seçildi (17 mart 1688). 2 il bu vəzifədə qaldıqdan sonra vəzifədən alındı və 1694-cü ildə Sədrəddinzadə Mehmed Əfəndinin yerinə ikinci dəfə bu vəzifəyə gətirildi. 20 mart 1695-ci ildə şeyxülislamlığa gətirildi ancaq Sultan Mustafa öz lələsi Seyid Feyzullah Əfəndini şeyxülislamlığa gətirmək üçün bu vəzifəsində 2 ay qala bildi. Vəzifədən alındıqdan sonra Ədirnə hadisələrinə qədər Kanlıcadakı köşkündə yaşadı.

Seyid Feyzullah Əfəndinin hədəf olduğu, ancaq Sultan Mustafanın devrilərək Sultan Əhmədin taxta çıxarılması ilə nəticələnən Ədirnə hadisələri əsnasında yeniçərilər tərəfindən ikinci dəfə şeyxülislamlığa gətirildi (25 iyul 1703). Çox keçmədən də Sultan Əhməd Mehmed Əfəndinin şeyxülislamlığını təsdiqlədi. Bəzi mənbələrdə üsyan edən yeniçərilərin Sultan Mustafanın devrilməsi üçün lazım olan fətvanı Mehmed Əfəndinin hazırladığı qeyd olunur. İkinci şeyxülislamlığı 5 ay davam etdi. Cülusunun ardından üsyançıları yavaş-yavaş aradan qaldıran Sultan Əhməd, üsyan əsnasında yeniçərilər tərəfindən şeyxülislamlığa gətirilmiş Mehmed Əfəndini də vəzifədən aldı (25 yanvar 1704). Ardından Bursaya sürgün edilən İmam Mehmed Əfəndi qalan ömrünü müdərris olaraq keçirdi və 1728-ci ilin sentyabrında burada vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Mahmud Celâleddin Paşa, Ravzatü’l-kâmilîn (Şerh-i Şefiknâme), İstanbul 1290, tür.yer.;
  • Anonim Osmanlı Tarihi: 1099–1116/1688–1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 108, 234–235, 238, 248, 261, 271, 280;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 484, 520, 534, 543–544, 797, 809, 816, 833;
  • Silâhdar, Nusretnâme, I, 31;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, III, 651–653;
  • Râşid, Târih, III, 32, 120–121;
  • Çelebizâde Âsım, Târih, İstanbul 1282, s. 596;
  • Devhatü’l-meşâyih, s. 78–79;
  • Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, III, 17–19;
  • Sicill-i Osmânî, IV, 223;
  • İlmiyye Salnâmesi, s. 496;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 489;
  • Danişmend, Kronoloji2, V, 132, 134