Fatma Sultan (IV Mehmedin qızı) — Vikipediya

Fatma Sultan
فاطمه محمد را نشان داد
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi
Dəfn yeri
Atası IV Mehmed
Anası Əmətullah Rabiyə Gülnuş Sultan
Həyat yoldaşları Çərkəz İbrahim Paşa
Topal Yusif Paşa
Uşaqları Ruqiyyə xanım Sultan
Safiyə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Fatma Sultan (d. 1680 - ö. 6 dekabr 1700) — IV Mehmedin qızı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fatma Sultan 1680-ci ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 7 yaşında ikən atası Sultan Mehmed taxtdan endirilmiş, Fatma Sultan isə anası və digər bacılarıyla birlikdə İstanbuldakı köhnə saraya sürgün edilmişdir. Qardaşı Sultan Mustafanın taxta çıxmasının ardından (6 fevral 1695) anası Əmətullah Gülnuş Sultan üçün tərtiblənən validə alayıyla Ədirnə sarayına gətirildi.[1] Həmin ilin sentyabrında Çərkəz İbrahim Paşa ilə nigahlandı ancaq 1697-ci ilin fevralında paşa edam edildi. Bu ilk evliliyindən Ruqiyyə xanım Sultan (ö. 1720) adlı bir qızı dünyaya gəlmişdir. Dul qalan Fatma Sultan bir il sonra (1698) Topal Yusif Paşa ilə evləndirildi. Bu nigahından Safiyə xanım Sultan (ö. 1710) adlı bir qızı daha dünyaya gəldi.[2]

İkinci övladının doğumundan sonra səhhəti pisləşdi və vərəm xəstəliyinə tutulduğu məlum oldu. Bu xəstəlikdən xilas ola bilməyən Fatma Sultan 6 dekabr 1700-cü ildə Ədirnədə vəfat etdi. Cənazəsi İstanbula gətirilərək Validə Turhan Sultan türbəsinə, nənəsinin yanına dəfn edildi.[3] Vəfatının ardından böyük qızı Ruqiyyə xanım Sultan 1709-cu ildə Osman Paşa ilə evləndirildi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani I.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İbrâhim Sırrı, Târîh-i Sultan Mustafa, İÜ Ktp., TY, nr. 3488;
  2. Sicil-i Osmani I, s. 51
  3. "Arxivlənmiş surət". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.