Bığlı Mustafa Paşa — Vikipediya

Mustafa Paşa
28 iyul 1649 – oktyabr 1649
(ləqəbi: Bığlı)
ƏvvəlkiVoynuq Əhməd Paşa
SonrakıHeydərzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi

Bığlı Mustafa Paşa (ö. dekabr 1650) — Sultan İbrahimIV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, sarayda riqabdar ağası olaraq xidmətə alındı. Ardından 1638-ci ilin dekabrında yeniçəri ağası olub, 1640-cı ilin martında vəzifədən alındı. Daha sonra Mərəş, 1648-ci ildə Qars sancaqbəyi və divan vəziri olub, Krit adasına göndərildi. 28 iyul 1649-cu ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin oktyabrında vəzifədən alındı. Ardından Rumeli bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1650-ci ilin dekabrında vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani IV, səh. 164.