Kürəkənzadə Əhməd Əfəndi — Vikipediya

Kürəkənzadə Əhməd Əfəndi
ƏvvəlkiBaşmaqçızadə Abdullah Əfəndi
SonrakıƏbuishaqzadə İshaq Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Uşağı Feyzullah Əfəndi

Kürəkənzadə Əhməd Əfəndi (1665, Konstantinopol1741, Bəyoğlu) — Osmanlı alimişeyxülislamı. Övladlarından Feyzullah Əfəndi Sultan OsmanSultan Mustafa səltənətlərində şeyxülislamlığa gətirilmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

1665-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Anadolu başqazısı Çankırılı Mustafa Rasih Əfəndi, ana babası isə dövrün şeyxülislamı Minkarizadə Yəhya Əfəndidir. Bu səbəblə o da, atası kimi Kürəkənzadə təxəllüsü ilə anılmışdır. Uşaqlıq illərində başda atası olmaqla, dövrün tanınmış alimlərindən dərslər aldı. Dini təhsilini tamamladıqdan sonra müxtəlif mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdi və ardından qazı olaraq Salonikiyə təyin edildi. Bir müddət burda xidmət etdikdən sonra vəzifədən alındı. Çox keçmədən 1700-cü ildə Bursa, 1706-cı ildə İstanbul qazısı, 1710-cu ildə isə Anadolu başqazısı təyin edildi. 15 ay davam edən bu vəzifəsinin ardından vəzifədən alındı. 1714-cü ildə Rumeli başqazısı seçildi. Ancaq həm onu, həm də Anadolu başqazısı Həmidzadə Abdullah Əfəndini özünə rəqib olaraq görən şeyxülislam Mirzə Mustafa Əfəndinin təşviqiylə hər ikisi vəzifədən alındı. Dövrün tarixi mənbələrinə görə, vəzifədən alınma səbəbi Sultan Əhmədə yazılan imzasız bir məktub oldu. Belə ki, məktubda həm Anadolu, həm də Rumeli başqazılarından şikayətlər qeyd edilirdi. Ancaq çox keçmədən bu məktubun yazılmasında şeyxülislamın əlinin olduğu anlaşıldı və hadisədən bir il belə keçmədən 1715-ci ildə Mirzə Mustafa Əfəndi də vəzifədən alındı. Əhməd Əfəndinin günahsızlığı sübut edilsə də, 1718-ci ilə qədər heç bir dövlət vəzifəsinə gətirilmədi. 1718 və 1724-cü illərdə qısa müddətli Rumeli başqazısı olaraq fəaliyyət göstərdi. 1725-ci ildə isə yaşlılığı səbəbilə vəzifədən alınaraq təqaüdə ayrıldı. Buna baxmayaraq yenə də dövrün siyasi hadisələrindən kənarda qalmadı. Nəhayət, Sultan Mahmudun hüzurunda keçirilən məşvərət məclisində sədrəzəm Osman Paşa ilə birlikdə padşahın İran səfərinə sərt bir dillə qarşı çıxan şeyxülislam Başmaqçızadə Abdullah Əfəndinin vəzifədən alınması nəticəsində şeyxülislam təyin edildi (24 fevral 1732). Şeyxülislamlığa gətirildikdən sonra Nadir şaha qarşı çıxılan səfərlə bağlı bir çox müşavirələrə qatıldı və gənc sultanın ən güclü dəstəkçisi oldu.

Ancaq Əhməd Əfəndi yaşlılığı və xəstəliyi səbəbilə vəzifəsini layiqincə yerinə yetirə bilmirdi. Hətta əlləri həddindən artıq titrədiyi üçün fətvaları imzalaya bilməmiş, bu səbəblə Sultan Mahmud tərəfindən yazdığı fətvaları möhürlə təsdiqləmə hüququ verilmişdir. Bütün bunlarla yanaşı üləma zümrəsi daxilindəki nüfuzu da azalmışdı. Belə ki, İstanbul qazısı İshaq Əfəndi apardığı islahatlarla əhali və üləma arasında nüfuz qazanmış, ən güclü şeyxülislam namizədi olmuşdu. Bundan narahat olan Əhməd Əfəndi Sultan Mahmuddan aldığı xüsusi fərmanla ən güclü rəqibini dərhal vəzifədən kənarlaşdırdı və Kütahyaya göndərdi. Ancaq İshaq Əfəndinin günahsız olduğu anlaşıldı və xüsusi icazəylə əvvəlcə İzmitə gətirildi, ardından Rumeli başqazısı təyin olundu. Çox keçmədən Kürəkənzadə Əhməd Əfəndi yaşlılığı və xəstəliyi səbəbilə vəzifədən alındı və yerinə İshaq Əfəndi şeyxülislam oldu (22 oktyabr 1733). Vəzifədən alındıqdan sonra bir müddət Sarıyerdəki köşkündə, ardından isə Bəyoğlundakı şəxsi mülkündə yaşadı və burada vəfat etdi. Vaxtilə atası tərəfindən inşa edilən mədrəsəni, hələ sağlığında ikən Nəqşibəndilərdən Şeyx Muradın şərəfinə təkkəyə çevirmiş, vəfatının ardından cənazəsi də bu təkkənin həyətinə dəfn edilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II;
  • Kâtib Çelebi, Cihannümâ, bk. Önsöz;
  • Râşid, Târih, IV, 67, 75, 76; V, 103, 207;
  • Küçük Çelebizâde Âsım, Târih, İstanbul 1282, s. 159, 260;
  • Subhî, Târih, vr. 39a-40b, 41a-b, 42a, 43b, 45b, 46b;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 2, 8, 11, 27, 28, 32, 35;
  • İsmet, Tekmiletü’ş-Şekāik, s. 27, 85, 336–337;
  • Devhatü’l-meşâyih, s. 89–90;
  • Sicill-i Osmânî, I, 168;
  • İlmiyye Salnâmesi, s. 513;
  • Adıvar, Osmanlı Türklerinde İlim, s. 153;
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 460, 468, 469–470, 516;
  • Danişmend, Kronoloji, V, 138, 141;
  • Kāmûsü’l-a‘lâm, III, 2098.