Kiçik Sipahi Mustafa Paşa — Vikipediya

Kiçik Sipahi Mustafa Paşa (ö. 1694) — IV MehmedII Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, sarayda silahdar ağası olaraq xidmətə alındı. Ardından 1680-ci ilin əvvəllərində vəzir rütbəsiylə kaptan-ı dərya təyin edildi. 14 yanvar 1681-ci ildə vəzifədən alınaraq paytaxtdan uzaqlaşdırıldı. 1691-ci ildə II Əhmədin taxta çıxmasıyla bağışlanaraq Ədirnəyə çağırıldı və taxt naibi olaraq İstanbula göndərildi. 1694-cü ildə vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani IV, səh. 176.