Balizadə Mustafa Əfəndi — Vikipediya

Balizadə Mustafa Əfəndi
ƏvvəlkiHənəfi Mehmed Əfəndi
SonrakıBolevi Mustafa Əfəndi
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti qazı

Balizadə Mustafa Əfəndi (Bosniya və Herseqovinadekabr 1662, Konstantinopol) — Osmanlı alimi, müdərrisişeyxülislamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Kastamonulu olan Mustafa Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası Bali Əfəndi məhəllə mollası idi. İlk təhsilini atasından aldıqdan sonra şeyxülislam Xocazadə Mehmed Əfəndinin tələbəsi oldu və dini təhsilini burada başa vurdu. Ardından 1615-ci ilin iyununda müdərrisliyə keçdi və 1631-ci ilin iyununa qədər İstanbulun müxtəlif mədrəsələrində fəaliyyət göstərdi.

Daha sonra qazılığa yüksəldi və 1632-ci ilin iyulunda Mədinə qazısı oldu. 2 il burada xidmət etdikdən sonra paytaxta qayıtdı (iyul 1635). 4 il dövlət vəzifələrindən uzaq qaldıqdan sonra 1639-cu ilin mayında Üsküdar qazısı təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra bir müddət vəzifə gözlədi və 1647-ci ilin aprelində BursaQalata qazısı təyin olundu. 5 ay bu vəzifədə qaldıqdan sonra 1648-ci ilin aprelində Rumeli başqazısı oldu və 3 ay sonra təqaüdə ayrıldı. 1652-ci ilin avqustunda Anadolu başqazısı seçildi və həmin ilin dekabrında vəzifədən könüllü olaraq ayrıldı.

Nəhayət, 21 noyabr 1656-cı ildə Hənəfi Mehmed Əfəndinin yerinə şeyxülislamlığa gətirildi. Bu vəzifədə yalnız 6 ay qala bildi. Rəqibləri bunun səbəbi olaraq, haqqında ağır ittihamlar söyləsə də, vəzifədən ayrılmasının əsas səbəbi sədrəzəm Körpülü Mehmed Paşanın islahat və yeniləşmə siyasətinə uyğunlaşmamasıdır. Bundan başqa sədrəzəmin, himayə etdiyi Bolevi Mustafa Əfəndini vəzifəyə gətirməsinin də rolu böyükdür. Vəzifədən ayrıldıqdan sonra Plovdivə sürgün edildi. Bundan başqa hələ 10 gün əvvəl Qalata qazısı olan oğlu da Plovdivə sürgün edildi.

Ölüm tarixi olan 1662-ci ilin dekabrına qədər sürgün yerləri dəyişdi. Məzarı son sürgün yeri olan Qaziantepin Sütlücə kəndində olsa da, sonradan itmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bâlîzâde, Ḥâşiye ʿalâ Şerḥi’l-Miftâḥ, Süleymaniye Ktp., Şehid Ali Paşa, nr. 2218, vr. 155a;
  • Keşfü’ẓ-ẓunûn, II, 1515;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr Zeyli (haz. Nevzat Kaya), Ankara 2003, s. 117, 145, 180, 291–292, 300, 303, 333;
  • Vecîhî Hasan, Târih (haz. Ziya Akkaya, doktora tezi, 1957), AÜ DTCF, nr. 9, s. 146;
  • Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 37, 84, 91;
  • Naîmâ, Târih, VI, 230, 241, 260–261;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 297–298;
  • Devhatü’l-meşâyih, s. 67–68;
  • İlmiyye Salnâmesi, s. 472–474 (fetvalarına iki örnek);
  • Osmanlı Müellifleri, I, 258;
  • Îżâḥu’l-meknûn, II, 612;
  • Hediyyetü’l-ʿârifîn, I, 230;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 475–476;
  • Ziriklî, el-Aʿlâm, VIII, 136;
  • Kehhâle, Muʿcemü’l-müʾellifîn, XII, 254