Süleymaniyyə məscidi — Vikipediya

Süleymaniyyə məscidi
Süleymaniye Camii
Süleymaniyyə camisinin xarici görünüşü
Süleymaniyyə camisinin xarici görünüşü
Xəritə
41°00′58″ şm. e. 28°57′50″ ş. u.
Ölkə
Yerləşir Eminönü[1]
Memar Memar Sinan
Tikilmə tarixi 1550
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 53 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleymaniyyə camisiSultan Süleyman Qanuninin şərəfinə 1550-1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi.

Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir

Struktur özəllikləri[redaktə | mənbəni redaktə et]

Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib. Qəndilin hisi əsas giriş qapısının üzərindəki otaqda toplanaraq mürəkkəb hazırlanmasında istifadə olunub.

28 revakla əhatələnmiş cami avlusunun mərkəzində düzbucaqlı formasında şadırvan var. Caminin qiblə tərəfində içərisində Qanuni Sultan Süleymanın və xanımı Hürrəm Sultanın olduğu hazirə mövcuddur. Qanuni Sultan Süleymanın türbəsinin qübbəsi ulduzlu səma görünüşü almağı üçün içəridəki metal lövhələrin araları almazlarla bəzədilib.

Caminin bəzədilməsi baxımından sadə quruluşa sahibdir. Mehrab divarındakı pəncərələr vitrajlarla bəzədilib. Mehrabın hər iki tərəfindəki pəncərələrin üzərində yer alan çini medalyonlarda Fəth surəsi caminin əsas qübbəsinin mərkəzində isə Nur surəsi yazılıb. Caminin xəttatı Həsən Çələbidir.

Süleymaniyyə camisinin 4 minarəsi var. Bunun səbəbi Qanuninin İstanbulun fəthindən sonraki dördüncü padşah; bu dörd minarədəki on şərəfənin də Osmanlının 10-cu padşahı olduğunun işarəsidir.

Osmanlı külliyələri içində Fateh külliyəsindən sonra ikinci böyük külliyə Süleymaniyyə külliyəsidir. Külliyə İstanbul yarımadasının Haliç, Mərmərə, Topqapı Sarayı və Boğaziçini görən mərkəzdəki ən hündür təpədə inşa edilmişdir. Camii mədrəsələr, darüş-şəfa, darül-hədis, çeşmə, darül-kürra, darüz-ziyafə, imarət, hamam, tabhane, kitabxana və dükanlardan ibarət külliyədə Memar Sinanın türbəsi çöl avlu divarlarının qarşısında təvazökar, kiçik inşadır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 archINFORM (alm.). 1994.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]