Seyid Murtuz Əfəndi — Vikipediya

Seyid Murtuz Əfəndi
ƏvvəlkiXəlilzadə Mehmed Səid Əfəndi
SonrakıAbdullah Vassaf Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Seyid Feyzullah Əfəndi
Uşağı Əzizə xanım

Seyid Murtuz Əfəndi (1694, Ədirnəavqust 1758, Konstantinopol) — Osmanlı alimişeyxülislamı. Atası II SüleymanII Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1694-cü ildə dünyaya gəldi. Atası II SüleymanII Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir. Ədirnə hadisələrində atasının Ədirnədə faciəvi şəkildə öldürülməsi və cəsədinin Tunca çayına atılması əsnasında hələ 7 yaşında olan Murtuz Əfəndiyə toxunulmadı. Ancaq iğtişaşların ardından digər ailə üzvləriylə birlikdə Bursaya sürgün edildi və 1730-cu ilədək İstanbula dönə bilmədi.

Bursada mükəmməl təhsil alan Murtuz Əfəndi şeyxülislam Yenişəhərli Abdullah Əfəndi dönəmində 1725-ci ildə müdərrislik dərəcəsi aldı. Bursaİstanbulda müxtəlif mədrəsələrdə xidmət etdikdən sonra 1730-cu ildə Məkkə, 19 iyul 1741-ci ildə isə İstanbul qazısı oldu. Yalnız 4 ay bu vəzifədə qaldıqdan sonra 4 dekabr 1747-ci ildə Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 1748-ci ilin noyabrında Rumeli qazəsgərliyinə gətirildi. Nəhayət, Xəlilzadə Səid Əfəndinin Bursaya sürgün edilməsinin ardından 3 iyun 1750-ci ildə şeyxülislamlığa yüksəldi.

Sələfi Səid Əfəndinin bu şəkildə vəzifədən alınmasına səbəb isə üləma zümrəsi arasından himayə etdiyi bəzi şəxsləri ənənəyə zidd şəkildə yüksəltməsi və üləma zümrəsindəki nizam-intizamın pozulması idi. Bu səbəblə Seyid Murtuz Əfəndi vəzifəyə gətirildikdən dərhal sonra Sultan Mahmud tərəfindən məsələylə bağlı bir fərman aldı. 4 ildən çox bu vəzifədə qalan Murtuz Əfəndi bu müddət ərzində mühüm addımlar atdı. Sultan Mahmud üzərindəki nüfuzundan istifadə edərək dövlət vəzifələrini rüşvət və iltimasla satan, vəzirləri və üləmaları təhqir edən Darüssəadə ağası Moreyalı Bəşir ağanın edam edilməsini təmin etdi.

Sultan Mahmudun vəfatı və Sultan Osmanın taxta çıxmasının ardından 12 yanvar 1755-ci ildə vəzifədən alındı. Buna səbəb olaraq isə səhhətinin pis olması və bununla bağlı dövlət mərasimlərində iştirak edə bilməməsi göstərilmişdir. Ancaq bunun tam əksi olaraq, 20 dekabr 1754-cü ildə Əyyubsultanda keçirilən mərasimdə Sultan Osman şəxsən Murtuz Əfəndi tərəfindən qılınc qurşanmışdı. Vəzifədən alındıqdan sonra köşkünə çəkilən Murtuz Əfəndi 1758-ci ilin avqustunda vəfat etdi və cənazəsi Əyyub Sultan türbəsinin arxa tərəfinə dəfn edildi.[2][3] Hz. Hüseynin nəslindən olması səbəbilə Seyid ünvanıyla anılan Murtuz Əfəndinin qızı Əzizə xanım şeyxülislam Dürrizadə Ataullah Əfəndi ilə evlənmiş, bu şəcərədən doğulan nəvələri arasında qazı və müdərrisliyə yüksələn bir çox şəxs olmuşdur.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 155, 166; II/A, s. 12;
  • Vâsıf, Târih, I, 46–47;
  • Devhatü’l-meşâyih, s. 98;
  • Sicill-i Osmânî, IV, 361–362;
  • İlmiyye Salnâmesi, s. 525–526;
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 480–481;
  • Danişmend, Kronoloji, V, 141;
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 135;
  • Mehmet Nermi Haskan, Eyüplü Meşhurlar, İstanbul 2004, II, 86.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Yılmaz Öztuna, Devletler ve Hanedanlar, Ankara 1969, II, 630, 653;
  2. Hulusi Yavuz, "Eyüpsultan’da Medfûn Osmanlı Şeyhu’l-İslâmları", Tarihi, Kültürü ve Sanatıyla Eyüpsultan Sempozyumu IV: Tebliğler, İstanbul 2000, s. 416;
  3. M. Orhan Bayrak, İstanbul’da Gömülü Meşhur Adamlar (1453–1978), İstanbul 1979, s. 72–73;