Qrenada — Vikipediya
Qrenada | |
---|---|
Paytaxtı və ən böyük şəhəri | Sent-Corces - 40 min nəfər (2009-cu il) |
Rəsmi dilləri | ingilis dili |
İdarəetmə forması | |
• Qeneral-Qubernator | Sesil La Qreneyd [V.2013 ~ ] |
• Baş Nazir | Kit Mitçell [II.2013~ ] |
Yaranması | 7 fevral 1974 |
Tarixi | |
• Yaranması | 1974 |
Ərazisi | |
• Ümumi | 344 (207 yer) |
Əhalisi | |
• 2015 təxmini | 106 min (195-ci yer) |
• 2011 siyahıya alma | 103 328 |
• Sıxlıq | 308/km2 (797.7/kv. mil) |
ÜDM (AQP) | 2012 təxmini |
• Ümumi | 1 467 million (198) |
• Adam başına | 13 900 (96) |
Valyutası | Şərqi Karib dollar |
Saat qurşağı | UTC -4 |
Telefon kodu | +1473 |
İnternet domeni | .gd |
Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir.
Tarix[redaktə | mənbəni redaktə et]
1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı.
Siyasət[redaktə | mənbəni redaktə et]
Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[1]
İqtisadiyyat[redaktə | mənbəni redaktə et]
2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi.
Əhali[redaktə | mənbəni redaktə et]
Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Treaty Establishing the Regional Security System (1996)". United States Department of State. 11 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2018.