Panama — Vikipediya
Panama | |||||
---|---|---|---|---|---|
República de Panamá | |||||
| |||||
«Pro Mundi Beneficio (latın "sülh naminə")» | |||||
Himn: Himno Istmeño | |||||
![]() | |||||
Tarixi | |||||
• Kolumbiyadan ayrıldı | 3 noyabr 1903 | ||||
Rəsmi dilləri | ispan dili[4] | ||||
Paytaxt | Panama | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Xuan Karlos Varela | ||||
Vitse-prezident | İsabel Sen Malo de Alvarado | ||||
Sahəsi | Dünyada 116-cı | ||||
• Ümumi | 78200 km² | ||||
• Su sahəsi (%) | 2,9 | ||||
Əhalisi | |||||
• Əhali | 3 689 293[1] nəfər (132-ci) | ||||
• Siyahıyaalma (2013) | 3 661 868[2] nəf. | ||||
• Sıxlıq | 44,5 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 29,799[3] dollar (90-cı) | ||||
• Adambaşına | 13416 dollar | ||||
İİİ (2013) | 0.765 | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .pa | ||||
ISO kodu | PA | ||||
BOK kodu | PAN | ||||
Telefon kodu | +507 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
![]() |
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir.
Əsas məlumatlar[redaktə | mənbəni redaktə et]
Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir.
- Dövlət quruluşu - Demokratik Respublika.
- Dövlət və hakimiyyət başçısı - Prezident.
- Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər.
- Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan. Əsasən Amerika dolları istifadə olunur. 2010-cu ildə 1,7 milyon turist Panamanı ziyarət edib. Bu 2009-la müqaisədə 12% çoxdur.
- Əhali sayı-3 700 min( 2015-ci il, təxmini);sıxlıqı-47 adam/km².
- Etnik tərkib: Metis (Mestizo) -70%, qara dərili, mulat, sambo-14%, ağ dərili-10%, hindu-6%.
- Doğum-20,18 ‰(dünyada 96-ci yer, ölüm 4,66 ‰ (dünyada 196-cı yer).
- Əhalinin dili- İspan dili(rəsmi dil), İngilis(14%),fransız(18%).Panamalıların çoxu bir neçə dil bilir.
- Dini: Katolik 85%, Protestant 15%.
- Paytaxtı- Panama-siti şəhəri- 1 638 min sakin.
Coğrafiyası[redaktə | mənbəni redaktə et]
- Coğrafi koordinatları-9 00 N, 80 00 W
- İqlimi-dəniz tropik,yüksək nəmlilik. May ayından yanvar ayına qədər-yağış mövsümü, yanvar ayından may ayına qədər -quraqlıq mövsümüdür. Ən yüksək nöqtəsi Baru vulkanı(volcan Baru) (3475 м)dır. Təbii sərvətləri Bal,dəniz məhsullarıdır. Panama ərazisində tez-tez uraqan və meşə yanğınları baş verir. Çayların kənd təsərüffatı tullantıları ilə çirklənməsi balıq resurslarına zərər törədir.
Tarixi[redaktə | mənbəni redaktə et]
İndiki Panama ərazisi azsaylı hindu qəbilələri Kuna, Çoko, Quayaminin yerləşdiyi ərazidir. Cənubunda Kokle mədəniyyəti yaranmışdır. Dəmir alətlər və keramit istehsal edirdilər. Panamalıların Avropa ilə ilk tanışlığı 1501-ci ilə təsadüf edir. Bu ispan Radriqo de Batistasın vasitəsilə olmuşdur. 1502-ci ildə Xristofor Kolumb "yeni dünya"ya 4-cü səyahəti vaxtı Panamanın şərq sahillərini tədqiq etmişdir. Mingünlük müharibədən sonra müstəqil respublika elan edilmişdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Panama əhalisinin göstəricisi (18.10.13)". 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.
- ↑ Siyahıya alma 2013-cü ilin yanvarında aparılırdı.
- ↑ "Report for Selected Countries and Subjects". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.
- ↑ 7 // Constitution of Panama.