Regional Təhlükəsizlik Sistemi — Vikipediya
Regional Təhlükəsizlik Sistemi (abr. RTS, ing. Regional Security System, abr. RSS) — Şərqi Karib regionunun mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq saziş. Regional Təhlükəsizlik Sistemi 1982-ci ildə regionun 1970-ci illərin axırları və 1980-ci illərin əvvəllərində sabitliyinin təhlükə altında olmasına görə yaradılmışdır. Həmin ilin 29 oktyabr tarixində Şərqi Karib Dövlətləri Təşkilatının 4 üzvü (Antiqua və Barbuda, Dominika, Sent-Lüsiya və son olaraq, Sent-Vinsent və Qrenadin) Barbados ilə ölkəni "istək üzrə qarşılıqlı yardım" təmin etmək üçün bir Anlaşma Memorandumu imzalamışdır. Müqaviləni imzalayan tərəflər milli fövqəladə, qaçaqmalçılığın qarşısının alınması, axtarış və xilasetmə, immiqrasiya nəzarəti, balıqçılıq hüquqlarının mühafizəsi, gömrük və aksiz nəzarəti, dəniz polisçiliyi vəzifələri, offşor qurğuların qorunması, ətraf mühitin çirklənməsinə nəzarət, təbii fəlakətlər və digər təhlükələrin baş verməsi vəziyyətində bir-birlərinə yardım göstərmək üçün ehtiyat planları hazırlamağa razılaşmışdılar.[1] Sent-Kits və Nevis 1983-cü ildə müstəqillik əldə etdikdən sonra, Qrenada isə 1985-ci ildə ABŞ və RTS-in birgə əməliyyatından sonra sistemə qoşulmuşdur. Anlaşma Memorandumu 1992-ci ildə yenilənmişdir. Sistem Qrenadanın paytaxtı Sent-Corces şəhərində imzalanmış müqaviləyə əsasən, 5 mart 1996-cı il tarixində hüquqi status əldə etmişdir.
Regional Təhlükəsizlik Sistemi ilk illərində Karib hövzəsində kommunizmin yayılmasının qarşısını almaq üçün bir ABŞ instrumenti olaraq fəaliyyət göstərirdi.[2][3] 2001-ci ildən bəri RTS CARICOM-un Cinayətkarlıq və Təhlükəsizlik üzrə Regional Əməliyyat Qrupu (abr. CCTRƏQ və ya CRTFCS) ilə əməkdaşlıq edir.[4]
2010-cu ilin iyun ayında Amerika Birləşmiş Ştatlarının və Karib hövzəsi ölkələrinin rəsmi işçiləri Bill Klinton rəhbərliyi dövründə təsis edilmiş Karib hövzəsində Rifah və Təhlükəsizlik naminə Tərəfdaşlıq (abr. RTT və ya PPS) siyasi dialoqu altında yaradılmış yaxın əməkdaşlıq layihələrinin davam edilməsi barədə qərar almışdır.[5] Birgə imzalanmış sazişin bir parçası olaraq, Amerika Birləşmiş Ştatları Şərqi Karib Sahil Mühafizəçi bölməsinin yaradılması ilə RTS dövlətlərinə yardım vəd etmişdir. ABŞ-nin Sahil Mühafizəçi bölməsi ABŞ–Karib Hövzə Təhlükəsizlik Təşəbbüsünü bərkidir.[6]
Sonralar Mərkəzi Amerika cinayətkar dəstələrinin ingilisdilli Karib dənizi regionuna genişləməsinin qarşısını almaq üçün Kanada da RTS blokuna əməkdaşlıq vəd etmişdir.[7][8]
Sistemin hal-hazırkı üzvlərinin siyahısı.:
- Antiqua və Barbuda (1982-ci ildən etibarən)
- Barbados (1982-ci ildən etibarən)
- Dominika (1982-ci ildən etibarən)
- Qrenada (1985-ci ildən etibarən)
- Sent-Kits və Nevis (1984-cü ildən etibarən)
- Sent-Lüsiya (1982-ci ildən etibarən)
- Sent-Vinsent və Qrenadin (1982-ci ildən etibarən)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "APPROACHES ON SECURITY IN THE CARIBBEAN REGION: Statement by Ambassador Odeen Ishmael of Guyana at the Meeting of the Committee on Hemispheric Security of the OAS Washington DC, 29 October 2002". 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ "Caribbean Islands" (ingilis). 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
- ↑ Lyuis, Petsi. Surviving Small Size: Regional Integration in Caribbean Ministates. Kinqston, Yamayka: University of West Indies Press. 2002. ISBN 976-640-116-0. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
- ↑ "Regional Task Force". The Caribbean Community (CARICOM) Implementation Agency for Crime and Security (IMPACS). 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
- ↑ Sinqx, Rikki. "A USA-CARIBBEAN 'RENEWAL'?". Guyana Chronicle. 13 iyun 2010. 25 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ Staff writer. "CARIBBEAN SECURITY: United States to help upgrade Regional Security System". Caribbean News Agency (CANA). 17 April 2010. 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ yazıçı heyəti. "Security important to Canada". The Barbados Today. 16 sentyabr 2010. 6 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
- ↑ yazıçı heyəti. "Canada to boost help to region". Nation Newspaper. 4 iyul 2010. 20 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- rss.org.bb — Regional Təhlükəsizlik Sisteminin rəsmi saytı
- RTS tərəfindən həyata keçirilmiş təlim əməliyyatları