Dominika — Vikipediya
Dominika Birliyi Commonwealth of Dominica Dominika | |
---|---|
Şüarı: Après le Bondie, C'est la Ter (patua, Allahdan sonra torpağı sevirik) | |
Himni: Isle of Beauty, Isle of Splendour (Gözəllik adası, əsrarəngizlik adası) | |
Paytaxtı və ən böyük şəhəri | Rozo |
Rəsmi dilləri | İngilis dili |
İdarəetmə forması | Parlamentli respublika |
• Prezident | Çarlz Savarin |
• Baş nazir | Ruzvelt Skerrit |
Qurulması | |
Tarixi | |
• Böyük Britaniyadan müstəqillik | 3 noyabr 1978 |
• Yaranması | 1978 |
Ərazisi | |
• Ümumi | 750 km² (172-ci yer) |
• Su (%) | 1,6 |
Əhalisi | |
• 2018 təxmini | 71,000 (203-cü yer) |
• 2011 siyahıya alma | 71 293 |
ÜDM (AQP) | 2012 təxmini |
• Ümumi | 1 018 million (204) |
• Adam başına | 14 400 (94) |
Valyutası | Şərqi Karib dolları |
Saat qurşağı | -4 |
Yolun hərəkət istiqaməti | sol |
Telefon kodu | 1-767 |
ISO 3166 kodu | DM |
İnternet domeni | .dm |
Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.