Sent-Kits və Nevis — Vikipediya
Sent Kits və Nevis Federasiyası The Federation of Saint Kitts and Nevis Sent-Kits və Nevis | |
---|---|
Şüarı: "Country Above Self" | |
Himni: "O Land of Beauty!" | |
![]() | |
Paytaxtı və ən böyük şəhəri | Baster - 13 min (2009-cu il) |
Rəsmi dilləri | İngilis dili |
Etnik qrupları | 90% zəncilər, 5% mulatlar, 3% hindistanlı-pakistanlılar, 1% ağlar Ərazi Federativ |
İdarəetmə forması | Konstitusiyalı monarxiya |
Rəhbərlik | |
• general-qubernator | Edmund Lorens [ I.2013 ~] |
• baş nazir | Denzil Duqlas [ VII.1995 ~] |
Yaranması | 19 .IX. 1983 |
Tarixi | |
• Yaranması | 27 fevral 1967 |
Ərazisi | |
• Ümumi | 261 (212 yer) |
Əhalisi | |
• 2015 təxmini | 52,5 min (210 yer) |
• 2001 siyahıya alma | 45 841 |
• Sıxlıq | 201/km2 (520.6/kv. mil) |
ÜDM (AQP) | 2012 təxmini |
• Ümumi | 946 million (205) |
• Adam başına | 16 500 (81) |
Valyutası | şərqi-karib dollar (XSD (1 XSD = 0,28 € )) |
Saat qurşağı | ( UTC-4 ) |
Telefon kodu | 1 869 |
İnternet domeni | . kn |
Sent Kits və Nevis Federasiyası — Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet, onu təmsil edən general-qubernator ser Edmund Lorens, Baş Naziri Denzil Duqlas Ölkənin ərazisi — 261 км². Əhalisi — 50 min nəfər (2010). Paytaxtı Baster, Sent-Kits adasında yerləşir.
Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.
Sahil xəttinin uzunluğu — 135 km.
Tarixi[redaktə | mənbəni redaktə et]
Adalar 1493-cü ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Yerli əhalisi hindular olub.
1623-ci ildə Sent-Kitsdə ingilislərin, 1624-ci ildə fransızların yaşayış məskəni salınır.
1623-ci ildə fransız-ingilis hərbi dəstələri çay sahilində 4000-ə qədər yerli əhalini süngüdən keçirirlər. Sonradan o çay qanlı çay adlandırılıb.
XVII əsrdə Böyük Britaniya və Fransa arasında adalar üstündə mübarizə gedir. 1783-cü ildə Versal müqaviləsinə görə adalar Britaniyaya verilir.
19 sentyabr 1983-cü ildən Sen-Kits və Nevis Federasiyası adı ilə müstəqil dövlətdir.
Mənbələr[redaktə | mənbəni redaktə et]
- Sen-Kits və Nevis Hökumətinin rəsmi saytı
- Sen-Kits və Nevis Federasiyasının Maliyyə Nazirliyinin rəsmi saytı Arxivləşdirilib 2007-02-06 at the Wayback Machine
- Nevis adasıMaliyyə Nazirliyinin rəsmi saytı Arxivləşdirilib 2006-12-05 at the Wayback Machine
- Sen-Kits adasının rəsmi turist saytı
- Nevis adasının rəsmi turist saytı
- Sen-Kits adasının Anqlikan kilsəsinin rəsmi saytı Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine
- Sen-Kitsin xəritəsi
- Nevisin xəritəsi