Qvatemala — Vikipediya
Qvatemala | |||||
---|---|---|---|---|---|
República de Guatemala | |||||
| |||||
« El País de la Eterna Primavera | |||||
Himn: Guatemala Feliz | |||||
![]() | |||||
Rəsmi dilləri | ispan dili[1] | ||||
Paytaxt | Qvatemala şəhəri | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Alexandro Cammattei | ||||
Vitse-prezident | Xafet Kabrera | ||||
Sahəsi | Dünyada 107-ci | ||||
• Ümumi | 108890 km² | ||||
• Su sahəsi (%) | 1,6 | ||||
Əhalisi | |||||
• Əhali | 15,1 milyon nəfər (67-ci) | ||||
• Siyahıyaalma (24.XI.2002) | 11 237 196 nəf. | ||||
• Sıxlıq | 138 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 119 milyard dollar (79-cu) | ||||
• Adambaşına | 7 500 dollar (151-ci) | ||||
İnternet domeni | .gt | ||||
ISO kodu | GT | ||||
BOK kodu | GUA | ||||
Telefon kodu | +502 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
![]() |
Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. 2020-ci ildə keçirilən prezident seçkilərində Alejandro Giammattei yeni prezident seçilmişdir.
Adın etimologiyası[redaktə | mənbəni redaktə et]
Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir.
Tarix[redaktə | mənbəni redaktə et]
1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir. Elə həmin ildə ölkə müstəqillik əldə edir.
1823-1839-cu illərdə Mərkəzi Amerika Birləşmiş Əyalətləri Federasiyasının tərkibində varlığını sürdürür.
Bir sıra hərbi çevrilişlərdən sonra 1952-1985-ci illərdə ölkədə hərbi diktatura rejimi bərqərar olur.
Nəhayət 1996-cı ildə hökumətlə Qvatemala Milli İnqilabi Hərəkatı arasında sülh haqqında müqavilə imzalanır.
Fiziki-coğrafi xarakteristika[redaktə | mənbəni redaktə et]
Ölkə Şimali Amerika qitəsində yerləşir və qərbdə Meksika, cənubda Salvador, şərqdə Beliz və cənub şərqdə Honduras ilə qonşudur.
İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]
Ölkənin ərazisi 108,889 km²-dir. Şəhər və kəndlərdən ibarətdir.
İqtisadiyyat[redaktə | mənbəni redaktə et]
Mərkəzi Amerikanın ən kasıb ölkələrindən biri hesab olunur. Hazırda 400.000 insanın işsiz olduğu göstərilir. Başqa sözlə əhalinin 56,2 % yoxsul şəraitdə yaşayır.
Əhali[redaktə | mənbəni redaktə et]
15,806,675. Əhalinin 59,4%-ni metislər, qlanın isə başqa yerli etnoslar təşkil edir.
Dil[redaktə | mənbəni redaktə et]
Rəsmi dil ispan dili olsa da bəzi qismlərdə yerli qvatemal dilində danışırlar.
Din[redaktə | mənbəni redaktə et]
Əhalisinin 50-60 %-i xristianlığın katolik məzhəbinə, 30-40 %-i protestanlıq, qalanları isə provaslavlıq məzhəbinə qulluq edirlər.
Mədəniyyət[redaktə | mənbəni redaktə et]
Ölkənin paytaxtında müxtəlif muzey və qallereyalar fəaliyyət göstərir.
İdman[redaktə | mənbəni redaktə et]
Futbol ölkənin ən populyar idman növüdür.
Təhsil[redaktə | mənbəni redaktə et]
Ölkədə adətən ikinci dərəcəli məktəblər fəaliyyət göstərir və bunların hamısı pulsuzdur.
Mətbəx[redaktə | mənbəni redaktə et]
Əsaəsən mayya mətbəxinin nümunələrindən qida kimi istifadə olunur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 143 // Constitution of Guatemala.
- ↑ http://chartsbin.com/view/edr.