Qrenada bayrağı — Vikipediya

Qrenada bayrağı
Təfərrüatlar
Proporsiya 3:5
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrenada bayrağı — Qrenadanın Dövlət bayrağı

Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin 7 fevralda təsdiqlənmişdir. Bayrağın parametrləri 3:5 nisbətindədir. Bayraqdakı sarı rəng Qrenada üzərindəki günəşin və qrenadalıların mehribanlığının rəmzidir. Qırmızı rəng harmoniyanı, birliyi və cəsarəti tərənnüm edir. 7 ulduz şəkli isə ölkənin inzibati ərazilərinin sayı ilə eynilik təşkil edir. Bayraq üzərində həmçinin cövüz şəkli yerləşdirilib. Bu da əbəs yerə deyildir. Belə ki, cövüz istehsalı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Qrenada dünyada cövüz istehsal edən lider dövlətlərdən biridir.